Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün zəngin irsini yaşadan və bu ənənələri gənc nəslə ötürən Bülbül Vokal Məktəbi 2025–2026-cı tədris ili üzrə tələbə qəbulunu elan edir.
“Ədəbiyyat və incəsənət” portalına məktəbdən verilən məlumata görə, müsabiqədə 10–35 yaş aralığında musiqi təhsili olan şəxslər iştirak edə bilərlər. İştirakçılar öz CV-lərini və ifalarının video yazılarını təqdim etməklə ilkin seçim mərhələsində iştirak edəcəklər. Birinci mərhələni uğurla keçən namizədlər növbəti mərhələyə – canlı dinlənilməyə dəvət olunacaqlar.
Qeyd edək ki, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə yaradılmış və onun rəhbərliyi ilə fəaliyyət göstərən Bülbül Vokal Məktəbi artıq üç ildir ki, Azərbaycanda yeganə və ilk ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb olaraq fəaliyyət göstərir.
Sənəd qəbulu: 20 iyul – 20 avqust 2025
Əlavə məlumat və müraciət üçün: 010 317 18 97
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)