İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimin 22 iyul gününə doğum günü təsadüf edən şəxslərin siyahısı ilə tanış olanda bu ad diqqətimi çəkdi: Dilarə Əliyeva. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru.
Əlbəttə ki, mədəniyyət sahəsində aktyorlar, rejissorlar, bəstəkarlar, müğənnilər, rəssamlar, şair və yazıçılar... – diqqət mərkəzində olan əsas fiqurlardır. Amma bu sahəni çəkib irəli aparan təşkilatçılar, koordinatorlar, iri və xırda məmurlar həmişə kölgədə qalır, adları çəkilmir. Amma biz, gəlin onlardan birinin – Dilarə xanımın timsalında bu sferadakı kontingenti də gündəmə gətirək.
Dilarə Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirib.
1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 15 nömrəli musiqi məktəbində çalışıb. Lenin adına Azərbaycan Pedaqoji universitetində müəllim kimi fəaliyyət göstərib. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim işləyib 1997-ci ildə – "Qız qalası" xorunun yaradaraq bədii rəhbəri olub.
2000-ci ildən isə "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətini davam etdirərək "Uşaq xoru" adlanır. O, Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunub (bu günə qədər direktor vəzifəsində çalışır).
2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərib.
O, Əməkdar İncəsənət Xadimi adına və 4 dəfə Prezident təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)