Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçilib Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər zaman fərqli layihələrdə yer alan Xalq artisti Tünzalə Ağayeva beynəlxalq müsabiqədə münsif kürsüsünə əyləşib.

 

Pop ulduz “Bakı 2015 - 10 illik yubileyi: İdman irsinin onilliyi və gələcəyə baxış” proqramı çərçivəsində baş tutan “Süni intellekt və idmanda innovasiya müsabiqəsi”nin təqdimatında iştirak edib.

 

Estrada ulduzu sözügedən müsabiqədə münsif olub. Müsabiqənin əsas məqsədi gənc yaradıcılıarın süni intellektdən istifadə edərək “Bakı 2015”-in ruhunu və irsini əks etdirməkdir.

Onu da vurğulayaq ki, layihə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə gerçəkləşir.

Qeyd edək ki, bu il “Bakı 2015 Avropa Oyunları”nın 10 illik yubeliyidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.