Belə tarzənlər az-az yetişir – HƏBİB BAYRAMOVDAN DANIŞACAĞIQ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bilmirəm, o tar çalanda tarına gəlib bülbül niyə qonmayıb. Qonanlardan əsla əskik olmayıb. Musqiq sənətimizdə əsl ad qoyub gedib o.

 

Bu gün Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti Həbib Bayramovun doğum günüdür.

 

Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olub. Həbibin hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparıb.  1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olub. 

 

1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

O, həmçinin saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır.

 

Təltifləri 

 

"Azərbaycan SSR xalq artisti" və "Azərbaycan SSR əməkdar artisti" fəxri adları

 

Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.