Dünyadan Şuşa həsrəti ilə köçdü

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Rauf Əliyevin anım günüdür. Əlbəttə ki, Rauf Əliyev onu sevənlərin qəlbində bir iz qoyub gedib.

 

O, 1 may 1947-ci ildə Şuşada doğulub. Və Şuşa həsrəti ilə, Şuşa nisgili ilə dünyadan köçən tanınmışlardan biri olub. Yağı tapdağında qalmış dogma Şuşasının azadlığından onu cəmi 3 il ayırıb.

Rauf Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasını bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində də,  “Azərbaycanfilm” kinostudiyasında da musiqi redaktoru kimi çalışıb.

"İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" kinofilmlərinə musiqi bəstələyib.

 

Filmoqrafiya 

 

1. Bakı Sovet Azərbaycanının paytaxtıdır – bəstəkar

2. Bu torpağın nemətləri – bəstəkar

3. Yarımçıq qalmış mahnı – musiqi redaktoru

4. Azərbaycanın xoşbəxt torpağı – musiqi tərtibatçısı

5. Onun bəlalı sevgisi – musiqi redaktoru

6. Sehrli ağac – bəstəkar

7. Taya – bəstəkar

 

Bəstəkar 13 iyun 2017-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.