“Qızım, sənsiz olmasın bir günüm…” Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


Bu mahnı milyonların qəlbini fəth etdi. Toylarda valideyinlər köçürdükləri qılzrı üçün mütləq bu mahnını oxutdurarlar, qız uçaqlarının ad günündə bu mahnı təkrarən səslənər.

Onun ən mahir ifaçısı isə Nuri Sərinləndiricidir.

 

Qızım, sənsiz olmasın bir günüm…

 

Bu mahnı ataların qız övladlarına əsl sevgi himninə çevrilibdir. Və əlbəttə ki, əksəriyyətimiz mahnının ifaçısından başqa daha heç nəyi bilmirik. Onun bəstəkarı

 bəstəkar, aranjimançı Fərid Kərimlidir, bu gün biz bu mahnını və bəstəkarını boşuna yada salmadıq, bu gün bəstəkarın doğum günüdür.

 

Fərid Kərimli 1978-ci ilin 6 iyununda Neftçalada anadan olub. Musiqiyə həvəsi onu məhz musiqinin ən çətin tərəfinə - bəstəkarçılığa gətirib. Mahnılarının

ən popular ifaçılar ifa edirlər, bu da onun uğurudur. Aygün Kazımova, Röya, Natavan Həbibi və əlbəttə ki, ən çox mahnısı Nuri Sərinləndiricididədir.

 

Mahnıları

 

1. Qısqana-qısqana, Natavan Həbibi 

2. Dama-dama, Röya Ayxan 

3. 2 bilet, Ayaz Qasımov 

4. Sən və mən, Rəsul Əfəndiyev 

5. Ana, Rəsul Əfəndiyev 

6. Söylə, Aygün Kazımova 

7. Həyatımın qadını, Nuri Sərinləndirici 

8. Qızım, Nuri Sərinləndirici 

9. Üzlü qonaq, Nuri Sərinləndirici 

10. Bəy oğlan, Nuri Sərinləndirici 

11. Ayrılığın doğum günü, Nuri Sərinləndirici 

12. Vağzalı Sədası, Nuri Sərinləndirici 

13. Mənim üçün yaşa, Nuri Sərinləndirici 

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.