İnci Məmmədzadə, “Ədəbiyyat və İncəsənət”
Ata xətti ilə ulu nənəsi - SSRİ Xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR Xalq artisti Firəngiz Şərifovadır. Belə nəsil-nəcabəti olan bir şəxsin incəsənət sahəsində uğur qazanması əlbəttə ki, təsadüfi deyil.
Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində doğulub. 1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil alıb. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlib. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşayıb. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olub. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Və əlbəttə ki, Eldar Qasımov 2-11-ci ildə Avrovijn musiqi yarışmasının qalibi kimi tarixə düşüb.
Klipləri
- Yad Adam
- Break Free
- Qoy Getsin (Mashup) ft. Nigar Jamal
- Never Enough
- Bax Uçuram
- Sehrli Dünya ft. Ömər Bəbirli
- Aman-Aman
- 10 İl Sonra ft. Nigar Jamal
- As It Was ft. Mamagama
Filmoqrafiya
Qorxma, mən səninləyəm!
Oxşarabad
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)