Xalq artisti Tünzalə Ağayeva “Grammy” muzeyində Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Xalq artisti Tünzalə Ağayevanın ABŞ Səfirliyinin təșkil etdiyi mədəniyyət üzrə işgüzar səfəri davam edir.

 

Pop ulduz bu dəfə Los-Angelesdə qonaq olub. Sevilən müğənni orada ştatın musiqiçiləri ilə görüşüb. Daha sonra bir neçə dünyaca məşhur musiqili məktəb və kollecleri ziyarət edib. 

Estrada ulduzu səfəri çərçivəsində dünya musiqisinin tarixi və incisi olan “Grammy” muzeyində qonağı olub. Oradaki tarixi nümunələrlə yaxından tanış olub. 

Sevilən müğənni bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq “Beynəlxalq “Grammy” mükafatını hər bir peşəkar musiqiçi dostlarıma diləyirəm” şərhini qeyd edib.

Estrada ulduzunun paylaşımını izləyicilər böyük maraqla qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.