Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, 1964-cü ildə böyük bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmış, bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Azərbaycan Dövlət Kamera Orkestrinin yeni direktoru pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)