Xədicə Həmidova,
Rəssamlqı Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasının I kurs magistratura tələbəsi.
“Ədəbiyyat və incəsənət” üçün
Hindistanda təsviri sənətin inkişafı qədim dövrlərdən başlayaraq uzun və mürəkkəb tarixi mərhələlərdən keçmiş, müasir dövrə qədər davam etmişdir. Hindistan təsviri sənətinin inkişafını şərti olaraq iki əsas mərhələyə bölmək mümkündür: divar rəngkarlığının inkişafı və miniatür boyakarlığının formalaşması və inkişafı.
Miniatür sənətinin meydana gəlməsi və inkişafında əvvəlki dövrlərdə formalaşmış divar rəngkarlığı ənənələrinin mühüm təsiri olmuşdur. Bu baxımdan, Hindistanın qədim divar rəngkarlığı nümunələri miniatür sənətinin bədii xüsusiyyətlərinin və təsvir prinsiplərinin araşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Həmin nümunələrə Acanta mağaralarının divar rəsmlərini, eləcə də Ellora mağara-məbədlərində qorunub saxlanılan rəngkarlıq nümunələrini aid etmək olar. Bu abidələr Hindistan rəngkarlığının qədim ənənələrini, bədii ifadə vasitələrini və sonrakı dövrlərdə miniatür sənətinin inkişafına təsir göstərən estetik prinsipləri əks etdirir.
Acanta mağara kompleksi 29 mağaradan ibarət olub, eramızdan əvvəl II əsrdən eramızın V əsrinə qədər, təxminən yeddi əsr ərzində formalaşmışdır. Kompleksdə qorunub saxlanılan divar rəsmləri Hindistanın qədim rəngkarlıq sənətinin mühüm nümunələrindən hesab olunur. Acanta mağara-məbədləri buddizm dini ilə sıx bağlı olduğundan, burada yaradılmış təsvirlərin əsas məzmununu buddist dini və mifoloji süjetlər təşkil edir. Rəngkarlıq nümunələrində Buddanın həyatından səhnələr, bodhisattvaların təsvirləri, dini mərasimlər və müxtəlif süjetlər öz əksini tapmışdır.
Divar rəsmləri suvaq qatının üzərində tempera texnikası ilə işlənilmişdir. Bununla yanaşı, Acanta rəngkarlığında yalnız dini mövzular deyil, dövrün sosial həyatını, məişətini, saray mühitini, insanların geyimlərini və müxtəlif fəaliyyətlərini əks etdirən təsvirlərə də rast gəlinir. Bu baxımdan, Acanta rəsmləri yalnız dini sənət nümunələri deyil, həm də qədim Hindistan cəmiyyətinin həyatını öyrənmək üçün mühüm vizual mənbə hesab olunur.
Sonrakı dövrlərdə Acanta mağaralarının tərk edilməsi ilə əlaqədar olaraq, burada formalaşmış bədii ənənələr digər sənət mərkəzlərində, xüsusilə Ellora mağara kompleksində müəyyən qədər davam etdirilmişdir. Acanta rəngkarlığında heyvan və quş təsvirləri də xüsusi yer tutur. Burada fil, öküz və müxtəlif quşların təsvirlərinə rast gəlinir. Bu təsvirlər yalnız dekorativ xarakter daşımır, eyni zamanda müəyyən simvolik məna ifadə edir. Məsələn, quş təsvirləri bəzi kompozisiyalarda bolluq, bərəkət və firavanlıqla əlaqələndirilir.
Hindistan rəngkarlığının səciyyəvi xüsusiyyətlərindən biri də bədii süjetlərdə həyatın nikbin, harmonik və emosional baxımdan ifadəli tərəflərinə üstünlük verilməsidir. Qərbi Avropa rəngkarlığının müəyyən ənənələrindən fərqli olaraq, Hindistan sənətində sevinc, şənlik, rəqs, musiqi, təbiət və məhəbbət mövzuları geniş yer tutur. Bu xüsusiyyətlər Acanta divar rəsmlərində də özünü göstərir və sonrakı Hindistan miniatür sənətinin bədii-estetik xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır.
Ellora mağara kompleksi Hindistanın qədim dini və bədii irsinin mühüm abidələrindən biri hesab olunur. Kompleks 34 mağaradan ibarət olub, bunlardan 12-si buddizm, 17-si hinduizm, 5-i isə caynizm dini ilə əlaqəlidir. Ellorada qorunub saxlanılan rəngkarlıq nümunələri əsasən VI–IX əsrlərə aid edilir. Divar rəsmlərinin mühüm nümunələri, xüsusilə, Kailasa məbədi ilə əlaqəli abidələrdə öz əksini tapmışdır.
Acanta mağara rəngkarlığından fərqli olaraq, Ellora təsvirlərinin tematikası yalnız buddizm dini ilə məhdudlaşmır. Kompleksin hinduizmə aid mağaralarında Vişnu, Şiva, Krişna və digər tanrıların təsvirlərinə, dini-mifoloji süjetlərə rast gəlinir. Bununla yanaşı, buddizm və caynizm dini ilə əlaqəli təsvirlər də kompleksin bədii məzmununun mühüm hissəsini təşkil edir.
Ellora, divar rəngkarlığı nümunələri ilə yanaşı, monumental heykəltəraşlıq əsərləri ilə də xüsusilə fərqlənir. Burada heykəltəraşlıq nümunələri memarlıq quruluşu ilə vəhdət təşkil edir, bəzi kompozisiyalarda isə rəngkarlıq və heykəltəraşlıq arasında qarşılıqlı bədii əlaqə müşahidə olunur. Heykəllərin kompozisiya quruluşunda, fiqurların yerləşdirilməsində və dekorativ işlənməsində rəngkarlığa xas olan təsvir prinsipləri ilə müəyyən oxşarlıqlar nəzərə çarpır.
Beləliklə, Acanta və Ellora mağara kompleksləri Hindistanın qədim rəngkarlıq ənənələrinin inkişafını izləmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu abidələrdə formalaşmış təsvir üslubu, fiqurların işlənməsi, kompozisiya quruluşu, dekorativ elementlər və dini-mifoloji süjetlər sonrakı Hindistan miniatür sənətinin inkişafına təsir göstərən bədii ənənələrin əsasını təşkil etmişdir.
Acanta və Ellora mağara komplekslərində formalaşmış rəngkarlıq ənənələri sonrakı dövrlərdə Hindistan miniatür sənətinin inkişafına mühüm təsir göstərmişdir. Bu təsir insan fiqurlarının təsvirində, kompozisiya quruluşunda, ornamentlərin işlənməsində, eləcə də heyvan təsvirlərinin bədii xüsusiyyətlərində özünü göstərir. Xüsusilə heyvan təsvirlərində qədim dövr rəngkarlığına xas olan bədii üsullar və təsvir prinsipləri sonrakı miniatür nümunələrində müəyyən qədər davam etdirilmişdir.
Hindistan miniatür sənətinin inkişafından bəhs edərkən, onun müxtəlif regional məktəblərini, o cümlədən Şimali, Qərbi və Şərqi Hindistanda formalaşmış bədii istiqamətləri qeyd etmək lazımdır. Bu məktəblər arasında Pala miniatür məktəbi xüsusi əhəmiyyətə malikdir. Pala məktəbi təxminən VIII–XII əsrlərdə Hindistanın şərq ərazilərində, Pala sülaləsinin hakimiyyəti dövründə inkişaf etmiş və buddizm dini ilə sıx bağlı olmuşdur. Bu məktəbin miniatürləri əsasən buddist dini məzmunlu əlyazmaların illüstrasiyalarından ibarət idi.
Pala miniatürlərində insan fiqurlarının təsvir xüsusiyyətləri, onların kompozisiyada yerləşdirilməsi və bədii işlənməsi Ajanta və Ellora rəngkarlığının ənənələri ilə müəyyən oxşarlıqlar nümayiş etdirir. Əvvəlki dövr rəngkarlığında formalaşmış təsvir prinsipləri Pala məktəbində yeni bədii xüsusiyyətlər qazanaraq davam etdirilmişdir.
Pala miniatür məktəbinin səciyyəvi xüsusiyyətlərindən biri rənglərin simvolik məna daşıması və koloritin ifadəli olmasıdır. Rəng seçimi buddist dini təsəvvürlər, xüsusilə tantrik ənənələrlə əlaqəli simvolik məna və dini ideyalarla bağlı idi. Bu baxımdan rəng yalnız təsvirin dekorativ elementi deyil, həm də müəyyən dini-fəlsəfi məzmunun ifadə vasitəsi kimi çıxış edirdi. Pala miniatürlərində göy, qırmızı, ağ geniş istifadə olunmuş, onların qarşılıqlı münasibəti vasitəsilə kompozisiyanın emosional və simvolik təsiri gücləndirilmişdir. Əvvəlki Acanta və Gupta dövrü rəngkarlığının koloristik ənənələri Pala məktəbində müəyyən dəyişikliklərə uğrayaraq davam etdirilmiş, rənglərin dekorativ və simvolik əhəmiyyəti daha da ön plana çıxmışdır. Pala miniatür məktəbinin əsas xüsusiyyətlərindən biri insan fiqurlarının, xüsusilə Budda obrazının təsvirində müəyyən bədii prinsiplərin formalaşması idi. Budda təsvirləri frontal və ya yarımfrontal vəziyyətdə təqdim olunur, fiqurların bədən proporsiyalarına, üz cizgilərinə və gözlərin ifadəliliyinə xüsusi diqqət yetirilirdi. İnsan obrazları ümumiləşdirilmiş, sakit və monumental xarakter daşıyırdı. Bu xüsusiyyətlər təsvirlərə müəyyən dini-mənəvi məzmun və əzəmətlilik qazandırırdı.
Pala miniatürlərində əlyazmaların mətn hissəsi də mühüm bədii əhəmiyyətə malik idi. Yazılar kompozisiyanın ayrılmaz elementi kimi çıxış edir, onların yerləşdirilməsi və tərtibatı təsvirlə müəyyən vəhdət təşkil edirdi. Mətnlərdə tünd rəngli, aydın konturlara malik hərflərdən istifadə olunur, yazının vizual ifadəliliyinə və oxunaqlılığına xüsusi diqqət yetirilirdi. Beləliklə, Pala miniatürlərində təsvir və mətn arasında qarşılıqlı əlaqə əsərin həm məzmun, həm də bədii quruluş baxımından bütövlüyünü təmin edirdi.
Digər miniatür məktəbi kimi Caynizm ilə əlaqəli olan miniatür məktəbini, yaxud da Qucarat miniatür məktəbini qeyd edə bilərik. Əgər Pala miniatür məktəbi buddizm ilə əlaqəli idisə, bu miniatür məktəbi isə daha çox caynizm dini ilə sıx bağlı olmuşdur. Qərbi Hindistan üslubu hesab edilir. Burada Qucarat, Racastan və Malva kimi şəhərlərin adı ilə sıx bağlı olmuşdur. Əsasən məbədlər üçün hazırlanmış, yenə də dini xarakterli kitabları qeyd edə bilərik.
Burada anatomik deformasiyalar həddindən artıq çox idi. Gözlər, daha sonra burun, üz, əl, qol və bədən — bütün bunlar proporsiyalara tamamilə zidd formada tərtib edilirdi. Qeyri-real proporsiyalar və həddindən artıq deformasiyalar üstünlük təşkil edirdi. Geyimlər çox minimal şəkildə istifadə olunur, ağır qızılı konturlardan istifadə edilirdi. Daha sonrakı dövrlərdə fars təsiri olsa da, Qucarat məktəbi yenə də özünəməxsus cəhətlərini qoruyub saxlamışdı. Qucarat məktəbində erkən dövrlərdə xurma yarpağından istifadə edilirdisə, daha sonrakı dövrlərdə artıq kağızdan istifadə edilirdi və bu, daha böyük kompozisiyalar yaratmağa imkan verirdi. Gujarat məktəbinin ən maraqlı nümunələri kimi Vesanta-Velasa, Kalpasutra kimi kitabların adlarını çəkmək mümkündür.
Vesanta-Velasa «baharın sevincləri» kimi təfsir edilir, yəni bu şəkildə tərcümə olunur. Qədim Qucarat dilində yazılmışdır. Əsas mövzu kimi burada şrinqar (śṛṅgāra) yer alır, yəni erotik hissləri özündə əks etdirir. Acanta üslubunda illüstrasiyalar burada öz əksini tapır. Əsas tematika cütlüklərin ayrılması və cütlüklərin birləşməsi kimi özünü əks etdirir.
Kalpasutra cayn əlyazmasıdır. Ən qədim nüsxəsi IV–X əsrlərə aiddir və caynizm dininə aid olan müqəddəs mətn hesab edilir. Yalnız rahiblər tərəfindən oxunulurdu. Bəzi motivlər orta əsr cayn mədəniyyətinin və sənətinin formalaşmasında mühüm rol oynamış, daha qədim bədii ənənələri özündə əks etdirmişdir.
Təbii ki, moğolların Hindistana gəlməsindən sonra Hindistan miniatür sənətində böyük dəyişikliklər və yeniliklər baş vermişdir. Yeniliklərdən biri də, təbii ki, İslam dininin yayılması və konkret qayda-qanunlara riayət olunması olmuşdur. Həmçinin, bundan savayı, qonşu ölkələrin mədəniyyəti də Hindistan miniatür sənətinə çox böyük təsir göstərmişdir.
Əsasən, Moğol miniatür sənəti dedikdə, Fars, daha doğrusu, Təbriz miniatür məktəbi ilə Hindistan miniatür məktəbinin birlikdə, vahid şəkildə inkişaf etməsi nəzərdə tutulur. Çünki məhz Moğol dövründə Təbriz miniatürü onun inkişafına çox böyük təsir göstərmişdir.
Əsasən Humayun dövrü, Cahangir, Əkbər, Cahan kimi şahların adları ilə Moğol miniatürünün inkişafı əlaqələndirilmişdir. Qeyd etmək lazımdır ki, əgər Şah Cahana qədər miniatürlər çox böyük hissiyyatlılığı ilə fərqlənirdisə, artıq Cahangir şahın dövründən başlayaraq miniatürlərdə hissiyyat bir qədər azalır və daha çərçivəli miniatürlər yaradılmağa başlanılır.
Hindistan rəngkarlığı tanrıları və sarayları təsvir edən relyeflərdən başlayaraq, miniatür sənətinin inkişafı və çiçəklənməsi ilə davam etmişdir. Baburlar dövründə artıq bu sənətə böyük maraq göstərilir, kitabxanalar üçün İran və Orta Asiyanın ən yaxşı sənətkarlarının təsiri ilə yaradılmış illüstrasiyalar və əlyazmalar toplanılırdı.
Lakin Moğol sarayında miniatür rəngkarlığının inkişafının əsas təkanı məhz Humayun dövrünə aiddir. Humayun Hindistana iki istedadlı fars ustasını — Mir Seyid Əli və Əbdü əs-Səmədini gətirir və onlar sarayda işləməyə başlayırlar. Humayun bir müddət İranda sürgündə olmuş və fars mədəniyyəti ona o qədər təsir göstərmişdi ki, hakimiyyətə yenidən gəldikdən sonra bu mədəniyyəti özü ilə Hindistana gətirmişdir. Humayunun rəhbərliyi altında “Həmzənamə” qəhrəmanlıqlarına aid roman illüstrasiya olunmuşdur. Bu miniatürlər “Həmzənamə” əsərinin süjetləri əsasında yaradılmışdır. Əsər Məhəmməd peyğəmbərin (s.ə.s.) əmisi Həmzənin qəhrəmanlıqlarından bəhs edən bir roman idi.
Bu dövrdə fars mədəniyyəti Moğol miniatürlərinə çox böyük təsir göstərir. Bu təsir o qədər güclü idi ki, bəzən miniatürlərin kompozisiya xüsusiyyətlərinə əsasən onların Hindistan sənətinə aid olub-olmaması haqqında da şübhələr yaranırdı. Əkbər şahın dövründə isə Əkbər şah ən yaxşı rəssamları seçir, yerli ənənələri öz sarayına daxil edirdi. Çünki Əkbər şahın dövründə artıq yalnız fars rəssamları deyil, Qərbi və Mərkəzi Hindistandan, yəni Qucarat miniatür məktəbinə aid olan rəssamlar da dəvət olunurdu. Onlar öz rəngkarlıq ənənələri ilə miniatür sənətinə böyük təsir göstərir və artıq yerli ənənələr miniatürdə öz əksini tapırdı. İslam və hind ənənələri birləşirdi. Erkən miniatürlərdə olan hind rəssamlıq ənənələri də Əkbər şah dövründə miniatür sənətinə çox böyük təsir göstərirdi. XV əsrdə xurma yarpaqları üzərində yaradılmış əsərlərdəki təsir təmayülləri də yenə burada öz əksini tapmışdır.
Məhz Əkbər şahın dövründə Avropa incəsənəti Moğol rəssamlığına təsir göstərməyə başlayır. Ümumiyyətlə, Əkbər şah Avropa mədəniyyətinə açıq olmuşdur və italyan İntibah sənətkarlarının təsiri ilə xətti perspektiv elementləri artıq rəngkarlıqda öz əksini tapmışdır. Ümumiyyətlə, Hindistan rəngkarlığında Avropa təsiri perspektivanın tərtibatında və portret rəngkarlığının inkişafına böyük təkan göstərmişdir. Əkbər şah dövründə miniatür portreti, yaxud da «Moğol portreti» kimi bir qol inkişaf edir. Portret Hindistanda müsəlman hökmdarlar tərəfindən gətirilmişdi. Əkbər şah canlı təsvir qadağasına zidd gedərək, yezuitlərin təsiri altında bu kimi təsvirlərin yaradılmasına imkan yaradır. Portret əhəmiyyətli bir qola çevrilir və bu dövrdə ən vacib janrlardan biri olur. Portretin inkişafı dövlətin aristokratik quruluşu ilə müəyyən edilirdi. Həm hökmdarın, həm də saray əyanlarının obrazlarını əbədiləşdirməyə çalışırdılar. Moğol portreti subyektin oxşarlığını və xarakterik üz cizgilərini göstərmək üçün yaradılmışdır. Mümkün olduğu qədər psixoloji xüsusiyyətləri də əks etdirirdi.
Təsvirlər əsasən necə təqdim olunurdu? Avropa rəngkarlığında geniş yayılmış baş və bədənin dörddə üç dönüşdə təsviri Hindistanda istifadə olunmurdu, profildən istifadə edilirdi. Amma daha sonrakı dövrdə dörddə üç dönüşdə təsvir olunmağa başlanılırdı ki, bu da Avropa təsiri ilə olmuşdu. Avropa təsiri ilkin miniatürlərdə özünü göstərsə də, fars üslubu daha üstün idi. Lakin sonrakı dövrlərdə, dediyimiz kimi, yerli məktəbin və Avropanın təsiri öz əksini tapmışdı. Əsasən freskalarda Avropa freskaları böyük təsir göstərmişdir. Avropa rəssamlarının rəsm və qravüraları ticarət əlaqələri və xristian missionerləri vasitəsilə Hindistana çatmışdı. Onlar özləri ilə məkan haqqında fərqli bir anlayış, perspektiv təsiri, həcmin işlənilməsi, pərdələrin qatlarının və s. təsvirini gətirmişdilər. İlk Moğol imperatorları rəssamlarına Avropa üslubunda olan rəsm və qravüraların surətlərini köçürməyi tapşırmışdılar. Rəssamlar bu rəsmləri köçürərək yeni priyomlar əldə etməyə nail olmuşdular. Əkbər şahdan sonra Moğol imperiyasının hakimiyyətinə Cahangir şah gəlir. Cahangir şah öz atasının, yəni Əkbər şahın incəsənətlə əlaqəli olan işlərini davam etdirir. Lakin o, atasından fərqli olaraq, daha çox İslam qayda-qanunları çərçivəsində olan miniatürlərin yaradılmasına önəm verirdi.
Onun dövründə heyvanların təsviri daha realist olur, insan portretləri isə psixoloji cəhətdən daha individuallığı və dərinliyi ilə fərqlənirdi. Burada müxtəlif insan pozalarından istifadə olunur və Avropa təsiri miniatürlərə daha da çox nüfuz edirdi.
Həmçinin, Avropa təsiri məhz Cahangir şah dövründə öz apogeyasını yaşayırdı. Əsasən portret və perspektiv tərtibatında özünü əks etdirirdi. Məhz Cahangir şah dövründə Albrecht Dürerin rəngkarlıq nümunələrindən bir nümunə kimi istifadə olunurdu. Şah Cahan dövründə miniatür sənətinin inkişafı davam edir, lakin bu dövrdə heç bir yenilik öz əksini tapmır. Çünki bu dövrdə bir növ əvvəlki dövrlərin təkrarını görə bilərik. Lakin həm Cahangir şah, həm də Əkbər şah dövründə heyvan təsvirlərində həm fars təsvirlərinin, həm də Acanta mağara məbədlərindəki heyvan təsvirlərinin priyomlarının oxşarlığını görə bilərik. Əsasən, bunu fil təsvirlərində daha aydın şəkildə müşahidə edə bilərik.
Fars rəngkarlığına xas olan axıcılığı yenə də görə bilərik. Lakin Hindistan Moğol rəngkarlığına xas olan dekorativliyi, həddindən artıq çox elementlərdən və qızıl tərtibatından istifadəni də müşahidə edə bilərik. Burada insan təsvirlərində çoxlu sayda zərgərlik nümunələrinin istifadəsi diqqəti cəlb edir.
Şah Cahan dövründə rəngkarlıq artıq intim xarakter kəsb edir. Yəni bu dövrdə həddindən artıq həssas və hissiyyatlı təsvirləri görə bilərik. Əsasən, bu, Şah Cahanın öz xanımına olan sevgisindən irəli gəlirdi. Tematik baxımdan məhz onun həyat yoldaşı ilə olan səhnələri əsas yer tuturdu.
imiyyətə gəlir. O, hərbçi olduğuna görə əvvəlki dövrün bütün hissiyyatlı rəngkarlıq priyomlarından imtina edir. Bir çox emalatxanaları bağlayır. Rəngkarlığın inkişafı məhz bu dövrdə durğunluq yaşayır və Aurangzebdən sonra Moğol rəngkarlıq məktəbi artıq süquta uğrayır. Baxmayaraq ki, emalatxanalar bu dövrdə açıq idi, lakin bu emalatxanalarda yalnız şahın uğurlarını mədh edən rəssamlar qəbul olunurdu. Buna görə də dövrün rəssamları digər Hindistan knyazlıqlarına gedir və artıq bu dövrdən başlayaraq yerli miniatür məktəbləri inkişaf etməyə başlayır. Bu miniatür məktəblərindən biri Racput miniatür məktəbi olmuşdur.
Buminiatürməktəbininsəciyyəvixüsusiyyətiondanibarətidiki, baxmayaraqki, onlarMoğolimperiyasınıntərkibində idilər, bir çoxknyazlıqlardahinduizmvə buddizmdinləriqorunubsaxlanılmışdır. ÜslubcəhətdənMoğol üslubunaoxşarcəhətlərigörsəkdə, digərtərəfdən, Gujaratməktəbinə xasolan üslubxüsusiyyətlərinidə görürük. Məhzcaynizm, Moğolvə farstəsirləriniRacputminiatürməktəbində tamolaraqgörə bilərik.
Əlbəttə ki, mövzucəhətdəndə əvvəlkidövrlərdənfərqlənir. Əvvəlkidövrlərdaha çoxsarayhəyatı və İslam ənənələri ətrafındacərəyanedirdisə, RacputrəngkarlığındaKrişna, Şivavə hinduizmlə əlaqəlidigərmövzuları görə bilərik. Bunagörə də RacputminiatürməktəbiMoğolminiatürməktəbindənfərqlənir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2026)


