İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Unudulmaz rəssam...
Onun haqqında sənət yoldaşları belə deyirlər...
Akif Əsgərov 1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil alıb. Onun 1978-ci ildə tuncdan tökülən "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edib.
Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olub. Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, Paris) və.s heykəllərin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir.
Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb. Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyib. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılıb.
Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan "Mənim qızım" və Moskvada Tretyakov qalereyasında saxlanılan "Hüseyn Cavid" heykəllərinin adını çəkmək olar. Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.
Müxtəlif sərgilərdə iştirak edən heykəltaraşın şəxsi sərgisi 1997-ci ildə Bakıda keçirilib. Ekspozisiyada rəssamın "Balerina", "Bahar" əsərləri nümayiş etdirilib.
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
- Azərbaycan Respublikasının xalq rəssamı
- Azərbaycan Respublikasının 2-ci dərəcəli Əmək ordeni
Akif Əsgərov 18 noyabr 2023-cü ildə 83 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.11.2026)


