Ərəb miniatürləri barədə nələri bilirik? Featured

ORTA ƏSRLƏRDƏ SURİYA ƏLYAZMALARININ BƏDİİ TƏRTİBATI

 

Xədicə Həmidova,

Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasının I kurs magistratura tələbəsi.

“Ədəbiyyat və incəsənət”

 

Ərəb-müsəlman incəsənətinin ən özünəməxsus hadisələrindən biri miniatür sənətinin inkişafı olmuşdur. Ərəb əlyazmalarının bədii tərtibatında miniatürlər, ornamental çərçivələr və müxtəlif illüstrativ elementlərdən istifadə edilirdi. Ərəb miniatürləri, ilk növbədə, özünəməxsus süjet və mövzu xüsusiyyətləri ilə seçilirdi.

 

Ərəb miniatürlərinin üslub xüsusiyyətləri kifayət qədər sadə və şərti xarakter daşıyırdı. Təsvirlər əsasən səthi quruluşa malik olsa da, rəssamlar rənglərin müxtəlif çalarlarından istifadə etməklə təsvirlərdə müəyyən həcm və dərinlik yaratmağa çalışırdılar. Əsas fiqurlar, bir qayda olaraq, iri rəng ləkələri vasitəsilə ümumiləşdirilmiş şəkildə təqdim edilirdi. İnsan üzlərinin təsvirində fərdi cizgilər və portret xarakteristikası üstünlük təşkil etmir, fiqurlar bir-birinə bənzər və şərti şəkildə təsvir olunurdu. İnsan fiqurları çox vaxt müəyyən, əvvəlcədən qəbul edilmiş pozalarda yerləşdirilir, hadisələrin inkişafı isə əsasən əl və bədən hərəkətləri vasitəsilə ifadə edilirdi.

 Bununla yanaşı, geyimlərin, məişət əşyalarının və memarlıq abidələrinin təsvirinə daha çox diqqət yetirilirdi. Bu elementlər nisbətən detallı işlənərək kompozisiyanın həm dekorativ, həm də informativ xüsusiyyətlərini gücləndirirdi. İnsan fiqurlarının təsvirində isə rəssamlar müəyyən şərtiliyi qoruyub saxlayırdılar.

Ərəb miniatür sənətinin əsas mövzularını xilafət sarayının həyatı, gündəlik məişət səhnələri, xəlifənin təntənəli gəlişi, məhkəmə və müxtəlif peşə sahələri ilə bağlı süjetlər, məsciddə xütbə, ticarət karvanlarının hərəkəti və digər sosial-məişət hadisələri təşkil edirdi. XIV əsrə aid miniatürlər yalnız bədii əhəmiyyət daşımır, həm də mühüm tarixi və etnoqrafik mənbə kimi çıxış edirdi. Bu təsvirlər ərəb ölkələrinin şəhərləri, kəndləri, əhalisinin məişəti, geyimi, memarlığı və gündəlik həyatı haqqında müəyyən məlumatlar əldə etməyə imkan verir.

Rəssamlar müxtəlif elmi və ədəbi əsərlərin, o cümlədən tibbi, coğrafi və tarixi məzmunlu əlyazmaların, eləcə də Nizami, Füzuli, Nəvai və digər klassik şairlərin əsərlərinin illüstrasiyalarını hazırlayırdılar. Kompozisiyalarda fiqur və predmetlər, əsasən, eyni səth üzərində yerləşdirilir, məkan təsiri isə onların şaquli istiqamətdə — aşağıdan yuxarıya doğru yerləşdirilməsi vasitəsilə yaradılırdı. Bu üsul təsvirlərdə uzaqlıq prinsipinin şərti şəkildə ifadəsinə imkan verirdi.

Ərəb miniatürlərində kompozisiya xətt, incə kontur və rəng ləkələrinin qarşılıqlı əlaqəsi əsasında qurulurdu. Ornament və xəttqrafik elementlərin təsviri ilə rəngin birlikdə tətbiqi miniatürlərə xüsusi dekorativlik bəxş edirdi. Bu xüsusiyyətlər əlyazmanın həm mətn, həm də bədii tərtibat baxımından vahid kompozisiya təşkil etməsinə imkan yaradırdı.

İlk mərhələlərdə miniatürlər əsasən yazılı mətnin vizual təsviri kimi qəbul edilir və oxucuya mətnin məzmunu haqqında daha aydın təsəvvür yaratmaq məqsədi daşıyırdı. Lakin sonrakı inkişaf mərhələlərində rəssamlar mətndə birbaşa qeyd olunmayan müxtəlif elementləri də təsvirlərə daxil etməyə başlamışlar. Bunun nəticəsində miniatürlər tədricən yalnız mətnin illüstrasiyası olmaqdan çıxaraq müəyyən müstəqil bədii xarakter qazanmışdır.

Avropa orta əsr miniatürlərindən fərqli olaraq, ərəb miniatürlərində mövzular yalnız dini süjetlərlə məhdudlaşmırdı. Dünyəvi həyat, saray və məişət səhnələri, elmi biliklər, ticarət, şəhər həyatı və müxtəlif sosial hadisələr də miniatür sənətində geniş şəkildə əks olunurdu.

Ərəb miniatür sənətinin əsas mərkəzlərindən biri Suriya hesab olunurdu. İslam fəthlərindən əvvəl Suriya Bizans imperiyasının tərkibində olmuş və burada formalaşmış zəngin bədii ənənələr sonrakı dövrlərdə İslam incəsənətinin inkişafına təsir göstərmişdir.

Xüsusilə Əməvilər dövründə Suriya xilafətin mədəni həyatında mühüm rol oynamışdır. Bu ərazi antik və ellinistik dövrlərdə formalaşmış fəlsəfi və estetik ideyaların qorunub saxlanılması və yayılmasında mühüm mədəni mühitə malik idi.

Bu irsin İslam mədəniyyətinə daxil olması və yerli bədii ənənələrlə qarşılıqlı əlaqəsi təsviri sənətin, o cümlədən kitab sənətinin inkişafına təsir göstərmişdir.

Suriya ərəb miniatür sənətinin ilkin inkişaf mərhələsində də mühüm rol oynamışdır. Ərəb kitab sənətinin erkən nümunələrinin yaradılmasında suriyalı sənətkarların iştirakı xüsusi əhəmiyyət daşıyırdı. Onların fəaliyyəti vasitəsilə Bizans təsviri sənətinin bəzi bədii və kompozisiya xüsusiyyətləri ərəb kitab sənətinə daxil olmuşdur.

Suriya miniatür məktəbinin ən bariz nümunələrindən biri Dioskoridin «Farmakologiya» əsərinin əlyazmasına daxil edilmiş miniatürlər hesab olunur. Bu miniatürlərdə Bizans incəsənətində, xüsusilə İncil əlyazmalarında evangelistlərin təsvirləri ilə müəyyən oxşarlıqlar müşahidə edilir. Lakin Suriya kitab sənətində evangelist obrazları həkim və farmasevt obrazları ilə əvəz olunmuşdur.

Dioskorid Bizans ikonoqrafik ənənəsinə uyğun olaraq, bəzən monumental və memarlıq elementləri ilə əhatələnmiş mühitdə taxt üzərində oturmuş vəziyyətdə təsvir edilir. Digər kompozisiyalarda isə o, öz tələbələri ilə birlikdə təqdim olunur. Bu səhnələrdə Dioskoridin dərman bitkilərinin müalicəvi xüsusiyyətləri haqqında tələbələrinə məlumat verməsi təsvir edilir. Dioskoridin başı üzərində yerləşdirilən nimb (halə) də Bizans bədii ənənəsinin təsiri ilə əlaqələndirilir. Halə obrazın xüsusi statusunu və sakral xarakterini vurğulayan mühüm ikonoqrafik element kimi çıxış edir.

Suriya miniatürlərinin xarakterik xüsusiyyətlərindən biri sakit və harmonik koloritin tətbiqi, eləcə də qızılı fondan istifadə edilməsidir. Erkən Suriya əlyazmalarında Bizans bədii ənənələri ilə çoxsaylı oxşarlıqlar müşahidə olunduğu halda, sonrakı dövr əlyazmalarında Bizans bədii priyomları ilə tədricən formalaşan ərəb miniatür üslubunun sintezi meydana çıxmışdır. Buna nümunə kimi «Seçilmiş müdriklərin kəlamları» adlı əsərin əlyazmasını göstərmək olar.

XIII əsrin ortalarına aid Suriya miniatürlərində isə daha ifadəli və dinamik bədii xüsusiyyətlər müşahidə edilir. Bu dövrün miniatürləri obrazların daha çox ifadə olunmuş jestləri, yanaqlarda vurğulanan qırmızı rəng ləkələri, müxtəlif və dinamik pozalar, eləcə də üz cizgilərində mimikanın daha aydın ifadə edilməsi ilə səciyyələnir.

Dioskoridin «Farmakologiya» traktatı bitkilər və müxtəlif dərman vasitələrinin hazırlanmasında istifadə olunan təbii məhsullar haqqında mühüm elmi əsərdir. Beş kitabdan ibarət olan traktat Roma ordusunda həkim kimi fəaliyyət göstərmiş yunan mənşəli Dioskorid tərəfindən qələmə alınmışdır. Əsər farmakologiya elminin ilkin əsas mənbələrindən biri hesab olunur.

Traktatda təxminən 600 dərman bitkisi haqqında məlumat verilmiş, həmçinin minerallar və heyvan mənşəli məhsullar əsasında hazırlanan müxtəlif dərman vasitələri təsvir edilmişdir. Dioskorid hər bir bitki və məhsulun xüsusiyyətlərini ətraflı şəkildə izah etmiş, onların tanınması, düzgün müəyyənləşdirilməsi və müalicə məqsədilə istifadəsi haqqında məlumat vermişdir. Əsərdə bitkilərin hansı məqsədlərlə istifadə edilməsi, onların müalicəvi xüsusiyyətləri və təsir dərəcəsi də qeyd olunurdu. Eyni zamanda saxta və keyfiyyətsiz dərman vasitələrinin həqiqi məhsullardan fərqləndirilməsi məsələsinə də diqqət yetirilmişdir.

Dioskorid öz əsərində digər həkimlərin müalicə üsullarına və müşahidələrinə də müraciət etmiş, lakin bəzi hallarda onların məlumatlarını tənqidi şəkildə qiymətləndirərək yol verilmiş səhvləri qeyd etmişdir. Bu xüsusiyyət traktatın yalnız dərman vasitələrinin siyahısından ibarət olmadığını, həm də müşahidə və müqayisəyə əsaslanan elmi xarakter daşıdığını göstərir.

«Farmakologiya» traktatı sonrakı əsrlərdə müxtəlif dillərə tərcümə edilmiş və ərəb tibb elminin inkişafına mühüm təsir göstərmişdir. Əsərin yunan dilindən ərəb dilinə tərcümə edilməsi onun İslam dünyasında yayılmasına və ərəb tibb ədəbiyyatının formalaşmasına mühüm şərait yaratmışdır.

Abbasilər dövründə elmi əlyazmaların illüstrasiyalarla zənginləşdirilməsi ənənəsi inkişaf etdikcə Dioskoridin traktatının da müxtəlif illüstrasiyalı nüsxələri meydana gəlmişdir. Bu əlyazmalarda bitkilərin təsvirləri onların yazılı təsviri ilə birlikdə təqdim edilirdi. Hər bir bitkinin adı, xüsusiyyətləri, istifadə sahələri, müalicəvi təsiri və digər farmakoloji göstəriciləri haqqında məlumat verilirdi.

Bitki təsvirlərinin mümkün qədər tanınan formada təqdim edilməsi onların düzgün müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Dioskoridin «Farmakologiya» traktatının illüstrasiyalı nüsxəsi İraq miniatür məktəbinin inkişaf etdiyi dövrə aid edilsə də, əlyazmanın Cazirə bölgəsində aşkar edilməsi onun mənşəyi ilə bağlı müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur. Hazırda əlyazma İstanbulda Topqapı Sarayının kitabxana kolleksiyasında saxlanılır.

Bəzi tədqiqatçılar bu əlyazmanı Suriya miniatür məktəbinə aid edirlər. Bu yanaşmanın əsas səbəblərindən biri əsərin illüstrasiyalarında Bizans bədii və ikonoqrafik ənənələrinin aydın şəkildə müşahidə olunmasıdır. Xüsusilə fiqurların quruluşu, kompozisiya prinsipləri və bəzi təsvir elementləri Bizans kitab sənətinin təsirini göstərir. Bu səbəbdən əlyazmanın Suriya bədii mühiti ilə əlaqəli olması ehtimal edilir. Bununla belə, onun dəqiq mənşəyi ilə bağlı məsələ elmi ədəbiyyatda mübahisəli olaraq qalır.

«Seçilmiş müdriklərin kəlamları» adlı əsər Suriya miniatür məktəbinə aid əlyazma nümunələrindən biridir. Əsər əsasən yunan mənşəli 21 müdrikin həyatını və müdrik kəlamlarını əks etdirən hekayələr toplusundan ibarətdir. Burada Hermes, Homer, Solon, Pifaqor, Hippokrat, Platon, Aristotel, Qalen və Makedoniyalı İsgəndər kimi tarixi və əfsanəvi şəxsiyyətlər haqqında məlumatlara rast gəlinir.

Əsərdə həmin şəxsiyyətlərə aid edilən müxtəlif kəlam və sitatlar təqdim edilir. Onların bioqrafiyaları isə çox vaxt əfsanəvi xarakter daşıyır və bəzi kəlamların həqiqətən həmin şəxsiyyətlərə məxsus olub-olmaması barədə şübhələr mövcuddur. Bu baxımdan əsər yalnız tarixi məlumat mənbəyi deyil, həm də qədim müdriklik ənənələrinin orta əsr Şərq mədəniyyətində necə qəbul edildiyini göstərən mühüm nümunədir.

Əlyazmanın bədii tərtibatında Bizans kitab sənətinin təsiri aydın şəkildə müşahidə olunur. Xüsusilə fiqurların təsviri, kompozisiya quruluşu və bəzi ikonoqrafik xüsusiyyətlər Bizans bədii ənənələri ilə əlaqələndirilir. Bununla yanaşı, əsərin miniatürlərində artıq ərəb-müsəlman kitab sənətinin özünəməxsus xüsusiyyətləri də aydın şəkildə özünü göstərir. 

Suriya miniatür sənətinin nümunələrindən biri də «Kəlilə və Dimnə» əsərinin illüstrasiyalı əlyazmalarıdır. «Kəlilə və Dimnə» Şərq ədəbiyyatının ən məşhur didaktik əsərlərindən biri hesab olunur. Əsərin əsas süjetlərinin kökləri qədim Hindistan ədəbiyyatına gedib çıxır. Onun ilkin mənbəyi sanskrit dilində yazılmış «Pançatantra» («Beş kitab») əsəri hesab edilir. Əsərin Hindistanda, ehtimal ki, Kaşmir bölgəsində formalaşdığı qəbul edilir.

«Pançatantra»nın əsas məqsədi hökmdar övladlarına idarəçilik və dövlət siyasətinin əsaslarını öyrətmək olmuşdur. Əsərin süjetinə görə, hökmdarın üç oğlu ən sadə dərsləri belə mənimsəməkdə çətinlik çəkir və bu səbəbdən gələcəkdə ölkəni idarə edə bilməyəcəklərindən narahatlıq yaranır. Hökmdar onların tərbiyəsi və təhsili məsələsini müdrik vəzirə tapşırır. Vəzir isə şahzadələrə mürəkkəb idarəçilik prinsiplərini asan və anlaşıqlı şəkildə öyrətmək üçün heyvanların iştirak etdiyi ibrətamiz hekayələrdən istifadə edir.

Əsərin didaktik məzmunu əsasən təmsil formasında təqdim edilir. Heyvan obrazları vasitəsilə insan xarakterləri, dostluq, hiyləgərlik, ehtiyatlılıq, idarəçilik və siyasi münasibətlər kimi mövzular izah olunur. Beləliklə, mürəkkəb əxlaqi və siyasi fikirlər sadə və yaddaqalan hekayələr vasitəsilə oxucuya çatdırılır.

Sonrakı dövrlərdə «Pançatantra» müxtəlif dillərə tərcümə edilmiş və yeni mədəni mühitlərə uyğunlaşdırılmışdır. Əsərin ən məşhur variantlarından biri onun pəhləvi dilinə tərcüməsi əsasında formalaşmış «Kəlilə və Dimnə» olmuşdur. Əsər daha sonra ərəb dilinə tərcümə edilmiş və İslam dünyasında geniş yayılmışdır. Zaman keçdikcə «Kəlilə və Dimnə» müxtəlif Şərq və Avropa dillərinə tərcümə edilmiş, onun süjetləri müxtəlif ədəbi ənənələrə daxil olmuşdur.

Əsərin əsas obrazları Kəlilə və Dimnə adlı iki çaqqaldır. Kəlilə daha ehtiyatlı, düşüncəli və müdrik xarakter kimi təqdim olunur. Dimnə isə hiyləgər, ambisiyalı və hadisələrə öz maraqları baxımından yanaşan obrazdır. Bu iki obrazın qarşılıqlı münasibətləri vasitəsilə əsərdə insan xarakterinin müxtəlif xüsusiyyətləri və cəmiyyətdəki münasibətlər tənqidi və didaktik şəkildə əks etdirilir.

«Kəlilə və Dimnə»nin illüstrasiyalı əlyazmaları İslam kitab sənətinin, o cümlədən Suriya və Cəzirə miniatür məktəblərinin inkişafında mühüm yer tutur. Heyvan obrazlarının geniş istifadəsi rəssamlara müxtəlif insan xarakterlərini və hadisələri simvolik şəkildə təsvir etmək imkanı verirdi. Bu baxımdan əsərin miniatürləri yalnız mətni müşayiət edən illüstrasiyalar deyil, həm də onun didaktik və alleqorik məzmununu vizual şəkildə ifadə edən mühüm bədii vasitə kimi çıxış edirdi.

Əl-Həririnin «Məqamları» XI–XII əsrlər ərəb ədəbiyyatının mühüm nümunələrindən biri hesab olunur. Əsər 50 məqamdan, yəni nəsrlə yazılmış hekayələrdən ibarətdir. Onun müəllifi Bəsrəli ərəb yazıçısı və filosofu Əbu Məhəmməd əl-Qasim ibn Əli əl-Həriridir. Əsərin əsas süjet xəttini uydurma obraz olan Əbu Zeyd əs-Sərucinin müxtəlif şəhər və ölkələrdə başına gələn macəralar təşkil edir.

Əbu Zeyd səyahət edən, yüksək nitq və ərəb dili qabiliyyətinə malik, hiyləgər və hazırcavab bir obraz kimi təqdim edilir. O, öz dil və natiqlik bacarığından istifadə edərək müxtəlif insanları aldadır və bunun vasitəsilə maddi qazanc əldə etməyə çalışır. Əsərin məqam janrının əsas xüsusiyyətlərindən biri də məhz söz oyunu, ritorik ifadələr, yumor və sosial müşahidələrin birləşdirilməsidir.

«Məqamlar» janrının formalaşmasında «Məqamlar əl-Həmədani» xüsusi rol oynamışdır. Əl-Həririnin «Məqamları» bədii dilinin zənginliyi və mürəkkəb üslubu ilə daha zəif olmasına baxmayaraq şöhrət qazanmışdır. Əsərin əlyazma nüsxələri çoxsaylı olsa da, onların yalnız müəyyən hissəsi illüstrasiyalarla bəzədilmişdir. Bu illüstrasiyalar əsasən dünyəvi məzmunlu kitab sənətinin mühüm nümunələri hesab olunur.

Əl-Həririnin «Məqamları»nın illüstrasiyalı əlyazmaları həm İraq, həm də SuriyaCəzirə kitab sənəti məktəbləri ilə əlaqələndirilir. Müxtəlif nüsxələrdən və sonrakı dövrlərdə ayrı-ayrı kolleksiyalara daxil edilmiş vərəqlərdən məlum olur ki, əsərin illüstrasiyaları müxtəlif regional üslub xüsusiyyətlərini özündə əks etdirmişdir.

Cəzirə miniatür məktəbinə aid nümunələr arasında Paris Milli Kitabxanasında saxlanılan Əl-Həririnin «Məqamları» adlı əlyazma xüsusi əhəmiyyət daşıyır. Əlyazma 1222-ci ildə Dəməşqdə, Əyyubilər dövründə hazırlanmışdır. Bu əsərin miniatürlərində Bizans bədii ənənələrinin təsiri aydın şəkildə müşahidə olunur. Xüsusilə kompozisiya quruluşunda və fiqurların təsvirində Bizans motivlərinin üstünlük təşkil etməsi həmin dövr Suriya-Cəzirə kitab sənətinin xarakterik xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.

Suriya miniatür məktəbinə aid digər «Məqamlar» nümunələri arasında London Britaniya Kitabxanasında saxlanılan əlyazmanı da qeyd etmək mümkündür. XIV əsrə aid edilən bu əlyazmanın ilk və son vərəqlər günümüzə qədər gəlib çatmamışdır. Buna baxmayaraq, əlyazmada çoxsaylı miniatürlər qorunub saxlanılmışdır. Təsvirlərin bir-birinə kompozisiya və üslub baxımından yaxın olması onların müəyyən nümunələr əsasında təkrarlandığını və ya kopyalandığını göstərir.

Əlyazmanınminiatürlərində geyimlərintəsvirində Səlcuqdövrününtürkmədəniyyətinə xaselementləridə müşahidə etməkmümkündür. BuxüsusiyyətSuriya-Cəzirə bölgəsində müxtəlifmədənivə bədii ənənələrinqarşılıqlı əlaqəsini əksetdirir. Əlyazmanınbəziillüstrasiyaları tamamlanmamış vəziyyətdə günümüzə çatsada, mövcudtəsvirlərinincə və nəfisişlənməsionunyüksəksəviyyəlisifariş əsəriolduğunugöstərir.

Beləliklə, ParisMilliKitabxanasındavə LondonBritaniyaKitabxanasındaqorunan «Məqamlar» əlyazmaları Suriyavə Cəzirə kitabsənətinininkişafxüsusiyyətlərini, Bizansvə Səlcuqbədii ənənələrininqarşılıqlı təsirinivə Əl-Həririnin əsərininmüxtəlifdövrlərdə necə illüstrasiyaedildiyini öyrənməkbaxımındanmühüm əhəmiyyətdaşıyır.

«Məqamlar»ınminiatürlərində gündəlikhəyat, səyahət, ticarət, müxtəlifsosialqruplarınmünasibətlərivə şəhərmühitikimidünyəvimövzulargeniş şəkildə təsviredilmişdir. Bubaxımdan əsərinillüstrasiyaları yalnızbədii əhəmiyyətdaşımır, həmdə orta əsr İslamdünyasının şəhərhəyatı, geyimləri, məişətivə sosialmünasibətlərihaqqındatəsəvvüryaradanmühümvizualmənbə kimi çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.