“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Başlıq sizi təəccübləndirdi, elə? Necə yəni, Putinin müşaviri olmuş rəssamımız? Amma həqiqətən də Azərbaycanın əməkdar rəssamı Sadıq Bağırov Rusiya prezidenti Vladimir Putinin müşaviri olub.
Gəlin bu gün doğum günü olan, sağ olsaydı ömrünün 85-ci baharlnl qarşılayacaq Sadıq Bağırov barədə bilgilənək.
Sadıq Bağırov 18 avqust 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı olub. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.
İstedadlı rəssam həm də yaşadığı şəhərin ictimai işlərində də fəal iştirak etməsiylə fərqlənib, etimad göstəriblər, irəli çəkiblər. Mədəniyyət xadimlərinə dividendlər verən Rusiya prezidenti Vladimir Putin beləcə nu mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə özünə müşavir təyin edib.
Həmyerlimiz 20 may 2015-ci ildə vəfat edib. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Şəkildə: Rusiya televiziyası Sadıq Bağırovun Mosalskda sərgisinin açılması barədə süjet verir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)


