Delakrua: “Soyuq və sxematik dəqiqlik əsla sənət deyil” Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünənn dahi fransız rəssamı Ejen Delakruanın anım hgünü barədə həmkarım İnci Məmmədzadənin yazısı gözümə sataşdı, onu maraqla oxudum və rəssamla daha dərindən maraqlandım.  Və onu da öyrəndim ki, mahir fırça ustası həm də mükəmməl aforizmlər yiyəsidir.

 

Fransız romantizminin böyük nümayəndəsi Ejen Delakruanın (Eugène Delacroix, 1798–1863) qiymətli fikirləri əsasən onun “Gündəliy”ində əksini tapıb. Xüsusilə sənət, təbiət, rəng, yaradıcılıq və zəhmət haqqında çox yaddaqalan fikirləri var.

Delakruanın əntəsirliaforizmlərini seçib sizlərə təqdim edirəm:

1.    “ Soyuq və sxematik dəqiqlik əsla sənət deyil; zövq verən və ya ifadə edən incə sənətkarlığın özü sənətdir.”

2.    “Təbiət bütövün hissələri arasında belə birlik yaradır.”

3.    “Təbiətə baxarkən belə, təsviri bizim təsəvvürümüz qurur.”

4.    “Kontur ən sonda gəlməlidir; onu düzgün yerləşdirə bilən yalnız çox təcrübəli göz ola bilər.”

5.    “Narahatlıqlara yol verməməyin sirri — heç olmasa mənim üçün — ideyalara sahib olmaqdır.”

6.    “Bacardığınız qədər bütün işi görün; yaxşı həyat tərzinin bütün fəlsəfəsi bundan ibarətdir.”

7.    “Ucalıq, qəribə də olsa, çox vaxt nisbətin pozulması ilə əldə edilir.”

8.    “Bu qədər gözəl olan dünya necə olur ki, bu qədər dəhşəti özündə daşıyır?”

9.    “Təbiətdən seçim etmək — onu çox məharətlə bir qanuna çevirməkdir; çünki təbiət çox vaxt kontrastlardan imtina edir.” Bu fikir Delakruanın sənətdə təbiəti olduğu kimi köçürməkdən çox, onu seçmək və təşkil etmək barədə düşüncəsini göstərir.

10.“Dahi insan fotoqrafiyadan lazım olduğu kimi istifadə etsə, özünü bizim hələ bilmədiyimiz bir yüksəkliyə qaldıra bilər.”

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.