Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sənətkarmüxtəlifillərdə ağacmaterialdanbir çox şairlərin, dövlətxadimlərininvə sadə əməkadamlarınınportretləriniyaradıb. Buqəbildənonun "SəmədVurğun", "Xalqrəssamı QəzənfərXalıqov", dövlətxadimi, həkimvə yazıçı "NərimanNərimanov", uzunömürlü azərbaycanlı "ŞirəliMüslümov" və başqaportretləriniqeydetməkolar.

Heykəltaraşınyaratdığı portretlərqalereyasındahəmçininmərmər, tunc, gipsmateriallardanyüzlərlə portretmövcudurki, bucürmateriallardasənətkarbirincinövbədə xaricigörünüşlə yanaşı, daxilipsixolojikeyfiyyətləridə göstərməyə müvəffəqolub.

 

Kimdən danışıram? Əlbəttə ki Azərbaycanın Xalq rəssamı Tokay Məmmədovdan.

Mədəniyyət tariximizdə iz qoymuş böyük sənətkar 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk sənət təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldib.

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verib. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilib. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstəriblər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayıb. 1951-ci ildə Repina adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirib.

Öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edib. 1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedib və İ. E. Repin adına Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinə qəbul olunub. Təhsil illərində o, rus sənətkarları V. Senayski, A. Matveyev və M. Kerezindən dərs alıb.

 

Heykəltaraşın erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünüb. Peşəkar sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılıb. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülüb.

Ali təhsil aldığı dövrdə, 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayıb. Bu portretin yaradılması təsadüfi olmayıb. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltaraş müstəqil şəkildə ilk dəfə alimin portretini canlandırıb. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsər gənc heykəltaraşın ilk uğuru kimi qiymətləndirilib.

Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirib. Bu portretdə heykəltaraş daxili psixoloji keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə edib. Bu xırda nüansları nəzərə almasaq, həqiqətən də heykəltaraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkib.

Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltaraş kimi işə başlayıb və Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edilib. Heykəltaraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltaraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədib.

Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırıb. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir.

 

Mükafatları

1. "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" və "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu

4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni

5. SSRİ "Şərəf nişanı" və SSRİ "Xalqlar Dostluğu" ordeni

6. Azərbaycan SSR Dövlət mükafatı

7. SSRİ Dövlət mükafatı

8. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Tokay Məmmədov 2018-ci il mayın 2-də, 90 yaşında vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.