Dahi Rembrandt haçan xoşbəxt olub? Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1630–1640-cı illərin əvvəlləri dünyaşöhrətli flamand rəssamı Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olub. Bu illərdə portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş alıb, yanına çoxlu şagird gəlib. Rembrandt dünya rəngkarlığının zirvələrindəndir.

Dahi rəssamı bu gün niyə andıq? Çünki doğum günüdür, 420 illiyidir.

 

Rembrandt Harmens van Reyn 15 iyul 1606-cı ildə dəyirmançı ailəsində doğulub. Bir müddət Leyden Universitetində oxuyub, sonralar Leydendə Yakob van Svanenburxdan və Amsterdamda Piter Lastmandan rəssamlıq dərsləri alıb. 1625–31-ci illərdə Leydendə işləyib, 1632-ci ildə Amsterdama köçüb. Burada Rembrandtın Saskiya van Eylenbürx, sonra isə Hendrike Stoffels ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərib.

Rəsmləri çox rəngarəngdir. "Həkim Tulpun anatomiya dərsi" əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. BuradabütünpersonajlarpsixolojicəhətdənTulpatabedir. Rembrandt bir-birinin ardınca irihəcmli dini kompozisiyalar işləyib. Məs. "İbrahimin qurban kəsilməsi". O, tez-tez Saskiyanı və oğlunu təsvir edib. Məsələn, "Saskiyanın portreti", "Avtoportret".

Daha məşhur əsərlərindən biri - "Danaya" (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib)

Digər məşhur əsərləri "Gecə qarovulçusu", "Müqəddəs ailə" (1645), "Xəstələri dirildən İsa" (1649), "Xendrikke pəncərə önündə", "Avtoportret" (1652), "Xendrikke Stoffelsin portreti" (1656–1657), "Yəhudi gəlini" (1666), "Səfil oğulun qayıtması" (1668–1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, "Titusun portreti" (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.

Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedib. Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənib. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam olub. 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaradıb. Onun dini və mifoloji mövzudakı əsərlərinə "Müqəddəs ailə", "Danaya"nı göstərmək olar.

Rembrandt yaratdığı portretlərdə ("Doktor Tülpün anatomiya dərsi" (1632), "Saskiyanın portreti" (təqr. 1634), "Saskiya ilə avtoportret" (təqr. 1635) və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilib. Rembrandtın bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda ("Çarmıxdan endirilmə" (1634), "İbrahimin qurban verməsi" (1635), "Danaya" (1636), "Samsonun gözlərinin çıxardılması" (1636)) bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verib

Rembrandt 1642-ci ildə məşhur "Gecə gözətçisi" əsərini başa çatdırıb. Rembrandtın məşhur əsəri "Danaya"nın sirri XX əsrin 60-cı illərində açılıb. Tədqiqatçılar əsəri rentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki, Zevslə əlaqəyə girən çariçanın iki siması var. Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat edən həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.

Dahi rəssam 4 oktyabr 1669-cu ildə vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.