Azərbaycan diasporunun əməkdar rəssamı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tale elə gətirib ki o, hazırda vətənin hüdudlarından kənarda yaşayır. Amma harada yaşamasından asılı olmayaraq ürəyi vətənlə döyünür. Fırçası, boyası, kətanı və molberti Azırbaycana xidmət edir.

 

Teymur Rəsul oğlu Rzayev 1959-cu il iyulun 15-də Bakı şəhərinin Xırdalan qəsəbəsində anadan olub. 1966–1974-cü illərdə ibtidai təhsilini Abşeron Rayonu Xırdalan orta təhsil məktəbində alıb. 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb, bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlayıb.

1985–1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor Devyatov M. M. emalatxanasında təhsilinə davam edib. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanıb. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent adı verilib.

2014-cü ilin iyulunda Türkiyə Universitetlərarası İdarə Heyəti tərəfindən Plastik Sənətlər Sahəsində dosent adı verilib. 2020-ci il Türkiyə Cümhuriyəti Yeditəpə Universiteti Gözəl Sənətlər Fakültəsi Plastik Sənətlər-Rəsim bölümünündə Professor ünvanı verilib və Professor olaraq çalışmalarına dəvam edməkdədir. Teymur Rzayev 1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olub, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1992–1994-cü illər ərzində Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Kamal Ataturk liseyində müəllim işləyib. 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil edib və həmin il "İstək" Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilib.

2005-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 1998–1992-ci illərdə Azərbaycan Dövlət Yaradıcılıq Təşkilatının Rəsm bölməsində rəssam kimi çalışıb. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dovlət Komitəsi tərəfindən təşkil olunan Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən xaricdə yaşayan rəssamların koordinatoru seçilib.

2006–2015-ci illərdə Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyib. 2011-ci ildə Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kitabın redaktoru olub. 2015-ci ildən indiyə qədər Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində dosentdir. 2020 ilindən Türkiyə Cümhuriyəti Yeditəpə Universitəsi Gözəl Sənətlər Fakültəsi Plastik Sənətlər- Rəsim Bölümündə Professor kadrosunda çalışmaqdadır.

1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olub, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə YUNESKO-da UPSD-in (Beynəlxalq Plastik Sənətlər Dərnəyi) üzvü və üzvlüyə qəbul Komissiyasının idarə heyətinin üzvü olub. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dovlət Komitəsi tərəfindən təşkil olunan Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib.

2011–2016-cı illərdə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2015-ci ildən bu günə qədər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən nəşr olunan "Azərbaycanın səsi" aylıq jurnalının Akademik heyətinin üzvüdür. 2016-cı il iyunun 4-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam" fəxri adı verilib. 2013-cü il iyulun 5-də 3-cü Qəbələ Beynəlxalq İncəsənət Sərgisi "Portretlərin Melodiyası" müsabiqəsində "Fevzi Karakoç Portreti" ilə Klassik Portret nominasiyasında birincilik Mükafatını qazanıb.

2013-cü ildə Rusiya İncəsənət Akademiyası İdarə heyəti tərəfindən Böyük Yaradıcılıq və Xeyirxahlıq Fəaliyyətinə görə Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Sereteli tərəfindən təqdim edilən "İvan İvanoviç ŞUVALOV" medalı ilə təltif olunub (28 May — Moskva, Rusiya). 2015-ci ildə Rusiya İncəsənət Akademiyası İdarə heyətinin qərarı ilə Rusiya və Türkiyə arasındakı sənət körpülərinin təməlinin atılmasına verdiyi töhfələrə görə "Akademiyaya xidmət" qızıl medalı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15. 07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.