“Rəssam üçün adi balaca bir kafedə belə sərgi keçirmək önəmli bir hadisədir...” Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Yaradıcılığınıza aid bir sıra əsərləri gözdən keçirdikdə pessimist əhval-ruhiyyə hiss etdik. Bu nə ilə bağlıdır?

-Deməzdim, çünki siz bütün əsərlərimə təbii ki, baxa bilməmisiniz. Ancaq yaradıcılıq prosesində əhval-ruhiyyə də öz təsirini təbii ki, göstərir. Ovqatdan asılıdır.

Bir müsahibədən.

 

Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov 12 iyun 1946-ci ildə Bakıda anadan olub. Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən rəssam bir sıra məşhur monumental layihələrin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb.

Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Onunəsərlərisırasındabirsıragörkəmli şəxsiyyətlərinevmuzeyləri üçünhazırladığı xatirə lövhələridə çoxdur. H.Cavidə həsretdiyiev-muzeyiningiriş qapısı önündəkikompozisiyalı qorelyefgörkəmlisənətkarındahisözustasınaməhəbbətinintəzahürüdür. Bundanbaşqa Ə.Əzimzadə, H.Cavid, C.Cabbarlı, Q.Xalıqov, S.Bəhlulzadə kimisənətnəhənglərininxatirə lövhələridə Xhmədovungərginəməyininməhsuludur.

 

 

Mükafatları

"Humay" mükafatı

Azərbaycan Respublikasının əməkdar rəssamı

 

X.Əhmədovun maraqlı işləri sırasında “Azadlıq prospekti” metrostansiyasının foyesini də misal göstərmək olar: “Bu il mən Arif Qazıyev və qardaşım Zakir Əhmədovla birgə “Azadlıq prospekti” metrostansiyası ilə bağlı sifariş işlərini yerinə yetirdik. Orda çox böyük həcmli relyef əsərlər var. Metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri biz hazırlamışıq”, -deyir rəssam.

Qayıdaq müsahibələrə.

DAŞKƏND BARƏDƏ

-Siz bir müddət təhsilinizi Daşkənddə davam etdirmisiniz. Bilirik ki, bir çox hallarda o dövrdə sənət adamları Moskva mühitində təhsilə önəm verirdi. Bəs siz nə üçün Daşkəndi seçdiniz?

-Mən uşaq yaşlarımdan ürək ağrıları və revmatizmadan əziyyət çəkirdim. Ona görə də mənim orqanizmim Rusiya iqliminə uyğunlaşa bilmirdi. Həkimlərin məsləhəti ilə mən təhsilimi Daşkənddə davam etdirdim. Bəxtimdən orada müəllimlərimizn əksəriyyəti Pribaltika ölkələrindən, həmçinin Moskva və Leninqraddan idi.

Məkanı nəzərə almasaq, mən elə Moskva təhsili almışam. Mən orada təhsilimi bitirdikdən sonra Bakıya gəldim. Burada SSRİ Rəssamlar İttifaqının nəzdində aspirantura təhsili vardı. Burda Ömər Eldarovun rəhbərliyi altında həmin aspiranturanı da bitirdim. Bu, birbaşa Moskva ilə bağlı bir təhsil prosesi idi.

-Daşkənd mühiti sizə nə verdi?

-Dil və mühit mənə yaxın idi. Bundan başqa bu mühit Şərq arxitektura sənətini təlqin edirdi. Müəllimlərimin Rusiyadan olması da bu mühitlə gözəl bir tandem yaratmışdı. Şimal və Şərq mühiti birgə mənə çox gözəl təsir edirdi.

SƏRGİLƏR BARƏDƏ

-Rəssamlar daha çox Avropada sərgi keçirməyə can atırlar. Bəs Xanlar Əhmədov üçün bu nə dərəcədə əhəmiyyətlidir?

-Rəssam üçün adi balaca bir kafedə belə sərgi keçirmək önəmli bir hadisədir. Harada nümayiş olunmasından asılı olmayaraq əgər rəssam öz əsərlərini camaata sərgiləyirsə, bu böyük bir qəhrəmanlıq tələb edir. Yəni biri var bir əsərlə çıxış edirsən, biri də var ki, sən fərdi sərgi keçirirsən. Əlbəttə, Şərqlə Qərbin bir az fərqli cəhətləri var.

Mən Qərb ölkələrində demək olar ki, tək-tək əsərlərlə çıxış etmişəm. Bilirsiniz ki, Avropada sərgi keçirmək çox bahalıdır. Mən istənilən ölkədə Azərbaycanı layiqincə təmsil etməyə can atıram. Sərginin harada keçirilməsindən asılı olmayaraq, çalışıram bilinsin ki, nümayiş olunan əsərlər Azərbaycan heykəltəraşına məxsusdur. Yəni məni heç kimlə səhv salmasınlar. Bu mənim iş prinsipimdə ən başlıca məqsəddir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.