Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunub. Tək elə bu fakt onun istedadından və nüfuzundan xəbər verir.
Rəssam 2004-cü il dekabrın 18-də cəmi 44 yaşında vəfat edib.
İnsanlar bu möhtəşəm və qeyri-adi rəssamı uzun saçlarıyla və bütöv saqqalıyla tanıyırlar. Onun xoşrəftarını, həssaslığını, ağıllı baxışlarını və şeirlərini xatırlayırlar.
Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyub. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirib.
1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olub və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayıb. Həmin il pravoslav xristian olub, xaç suyuna salınaraq "Pyotr" adını alıb. 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olub, Akademiyanın hesabat sərgilərində iştirak edib.
1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak edib, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olub, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak edib. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olub.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak edib, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülüb.
Qızı Bütünayatasını belə xatırlayır:
"O, böyük ürəyi olan adam idi, yüksəklərdə dayanan insan idi”.
Maraqlıdır ki, Ucalı tanıyan insanların bəziləri oğullarına onun şərəfinə Ucal adı qoyublar. Ucal Ahverdiyev Əzim Əzimzadə adına rəssamlıq məktəbini və Azərbaycan Pedeqoji universitetini bitirib, Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O zəhmətkeş insan olub, çox sayda insanla dostluq edib, hələ onun xatırlayanların olduğu bir çox şəhərlərdə olub. "Labirint” rəssamlıq qrupunun üzvü olub.
"Atam qrafika ilə məşğul olurdu, nəhəng kağız vərəqələrə insan, balıq, gəmi və pilləkən miniatürləri çəkirdi. Jurnal və kitablar üçün akvarellə möhtəşəm illustrasiyalar çəkirdi”, - Bütünay deyir.
Ucal Ahverdiyev özündən sonra çox sayda rəssamlıq və qrafik işləri qoyub getdi. Ucal Ahverdiyevin rəsmlərinin süjeti əfsanələrdən və miflərdən gəlirdi, bəziləri özünün təsəvvürünün məhsuluydu. Qadınların təsvir edildiyi çox sayda işləri də var, bu rəsmlərdən qəhrəmanların hissləri və onların mürəkkəb daxili aləmləri əks olunur.
Rüstəm Qasımov yazır ki, ömrünün son beş ilini Ucal Bakıdakı Arxangel Mixail kilsəsinin nəzdindəki apostol Varfolomey provaslav kilsəsində rəsmlər çəkməyə həsr etmişdi. Bu dövrdə o, kanonik incəsənətlə məşğul olurdu. Bu hətta onun şəkil çəkmək üslubuna da təsir etmişdi, onun işləri əvvəlkindən fərqlənirdi. Rus və slavyan ikona rəssamlığı onun xoşuna gəlirdi.
Ucal Ahverdiyev İncili oxuyurdu və "Müqəddəs Yeronim”, "Misirdən qaçış”, "Babil qülləsi” kimi incil süjetlərini əks etdirən şəkillər çəkirdi. O, öz madonnalarını böyük və sevgi ilə çəkirdi. Rəssam kilsədəki işini tamamlaya bilmədən vəfat etdi, ancaq onun xanımı, oğlu və dostları bunu onunçün tamamladılar.
Ucal Ahverdiyevin yaradıcılığıyla tanış olmaq istəyənlər Arxangel Mixail kilsəsində onun istedadının rəmzi olan rəsmlərə baxa bilərlər. Onun rəsmləri insanlara zövq verir. Ucal Ahverdiyevi təkcə doğmaları deyil, onun rəsmlərinə bələd olan isanların hamısı sevir və dəyərləndirirlər, onun işləri hər zaman insanlara sevinc bəxş edəcək.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)


