Cavidin heykəlini yaradan memarın arzusu Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gənc memar Elxan Zeynalov Hüseyn Cavidin heykəlinin eskizini hazırlayıb və onu öz sosial media səhifəsində paylaşıb. Layihəni Naxçıvan şəhəri üçün nəzərdə tutan memar öz arzusunu da qeyd edib:

2024-cü ildə hazırladığım Hüseyn Cavid heykəli eskizini süni intellekt vasitəsilə Naxçıvan şəhəri Hüseyn Cavid məqbərəsi önündə yerləşdirdim. Kaş reallaşdıra bilsəydim!”

 

Elxan Zeynalov Rəssamlıq Akademiyası heykəltəraşlıq ixtisası üzrə bakalavr və magistr məzunudur. Bakalavr təhsilini görkəmli heykəltəraşımız Xalq Rəssamı professor Tokay Məmmədovun emalatxanasında alıb. Magistr təhsilini isə xalq rəssamı akademik Ömər Eldarovun emalatxanasında davam etdirib.

Yaradıcılığını hazırda monumental sahədə davam etdirir, heykəl, büst, baralyef və layihə eskizləri hazırlayır. Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid üçün hazırladığım heykəl eskizində Cavidin düşüncəli və fəlsəfi obrazını, klassik ruhunu və daxili dramatizmini ifadə etməyə çalışıb.

Düşünürük ki, bu məlumat əlaqədar təşkilatlar üçün maraqlı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.