Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu dəfə Gözəlliklər rubrikasında Avropanın cənub-qərbinə - İspaniyaya səyahət edirik. Kataloniyanın paytaxtı olan əsararəngiz Barselona şəhərinə.
Əlbəttə ki, bu şəhər dünyada daha çox eyniadlı klubu ilə tanınır, o klubda ki, əfsanəvi Messi də top qovurdu. İndi də yerini Yamala veribdir.
Yainki Barselona katalonların separatçı çıxışları ilə tanınır. Müstəqillik eşqi ilə yaşayan yerli katalon xalqı yüz illərdir ki, İspaniyada ən azı federatov dövlət qurmaq istəyirlər.
Amma Barselona öz inanılmaz arxitektura şedevrləri ilə daha çox tanınmağa layiqdir.
Şəhərin əsas qürur rəmzlərindən biridir Quell parkı. Onu uzaq 1900-1914-cü illərdə Antonio Qaudi ərsəyə gətirmişdir. Möcüzəvi tikililəri, abidələri ilə göz oxşayan bu sehirli park şəhərin şimal ərazisində, 17 hektar ərazidə qərarlaşıb.
Barselonaya kim gedirsə, mütləq ora baş çəkir.
Qaudi bir əfsanədir, bu ad hələ də ispanlar üçün canlıdır.
Tanıtım listəsində isə Quell bu cür şərh edilibdir:
Park Güell — İspaniyanın Barselona şəhərində yerləşən və memarlıqla təbiətin harmoniyasını özündə birləşdirən ən məşhur parklardan biridir. Park XX əsrin əvvəllərində görkəmli katalan memarı Antoni Gaudí tərəfindən layihələndirilmişdir və bu gün UNESCO-nun Dünya İrsi siyahısına daxildir.
Əvvəlcə yaşayış kompleksi kimi nəzərdə tutulan Park Güell sonradan ictimai park kimi fəaliyyət göstərməyə başlamışdır. Burada Gaudí-nin özünəməxsus üslubu — rəngli mozaikalar, dalğavari formalar və təbiətdən ilhamlanan dizayn elementləri açıq şəkildə hiss olunur. Parkın ən diqqətçəkən hissələrindən biri məşhur mozaikalı kərtənkələ fiquru və şəhərə panoramik mənzərə təqdim edən terrasdır.
Park Güell yalnız memarlıq baxımından deyil, həm də təbiət baxımından zəngindir. Burada müxtəlif ağac növləri, gəzinti yolları və sakit istirahət guşələri mövcuddur. Bu xüsusiyyətlər onu həm turistlər, həm də yerli sakinlər üçün cəlbedici edir.
Bu gün Park Güell Barselonanın simvollarından biri hesab olunur və şəhərə gələn hər bir turistin mütləq ziyarət etdiyi məkanlardan biridir. Burada həm incəsənət, həm tarix, həm də təbiət bir araya gələrək unudulmaz atmosfer yaradır.
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


