İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
OnunəsərləriABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukraynavə başqa ölkələrdə təşkiledilmiş sərgilərdə nümayiş etdirilib. BirsıraəsərləriAzərbaycanMilli İncəsənətMuzeyivə Bakı Müasir İncəsənətMuzeyində, eləcə də şəxsikolleksiyalardasaxlanılır...
Haqqında danışacağım rəssamın bu gün doğum günüdür.
Cəlil Hüseynov 1 aprel 1957-ci ildə anadan olub. 1973–1977-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1977–1982-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda monumental rəngkarlıq ixtisası üzrə təhsil alıb. 1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Cəlil Hüseynov pedaqoji fəaliyyət də göstərərək 1982–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləyib. O, 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olub.
Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında çəkilən rəsm əsərləri əhəmiyyətli yer tutur. Cəlil Hüseynov 1986-cı ildən memarlıq layihələrinin müəllifi kimi də fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycanın bir sıra yaşayış məntəqələrində monumental əsərlərin, memarlıq layihələrinin müəllifir.
Onun Abşeron mövzusuna dair "Dübəndi" (1995), "Zeytun bağları" (1995), "Balıqçı evi" (1998), "Ağaclar" (1997), "Köhnə hamam" (1998), "Abşeron bağları" (2016), "Abşeron. Köhnə məscid" (2010), "Abşeron" (2010), "Xəzərin sahili" (2008), "Abşeron motivi" (2011) və başqa peyzajları, eləcə də Naxçıvan təbiətinə həsr olunan "Nehrəm kəndi" (1979), "Köhnə Naxçıvan" (1978), "Nehrəm motivi" (1978) əsərləri özünəməxsusluğu ilə seçilir
Rəssamın qadın dünyasına həsr etdiyi "Qadın portreti", "Düşüncə", "Bəyaz geyimli qadın" portretləri, o cümlədən "nyu"lar silsiləsinə aid edilən "Molbert qarşısında" (1996), "Emalatxanada" (1998), "Yatmış qadın" (1999), "Uzanmış qadın" (2001), "Ağ geyimli qadın" (2002), "Qız albalı ilə" (2002), "Çılpaq qadın" (2015) kimi əsərləri onun portret janrındakı fəaliyyətinin əhəmiyyətli hissəsidir.
Bir sıra natürmort əsərləri də yaradıb. Onun "Meyvələr" (1997), "Şərabla natürmort" (1998), "Şahmat" (2015), "Gilasla natürmort" (2018), habelə "Qədim qablar" triptixi, "Qarpızlar", "Ekzotik meyvələr", "Ananas və parça ilə natürmort", "Yemişlər" əsərləri bu qəbildəndir.
Rəssam 1982-ci ildən müxtəlif respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak edib.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
- "Milli irs" mükafatı
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


