Polad Bülbüloğlu Nərgiz Cabbarlıya təbrik məktubu ünvanlayıb

 

 

4 mart 2026-cı ildə Xalq artisti, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlu Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıya təbrik məktubu ünvanlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda Nərgiz xanımın müəllifliyi ilə bu yaxınlarda işıq üzü görmüş “Mirzə Qədim İrəvani. Parlaq rənglərin işığında” kitabına görə məmnunluq və minnətdarlıq ifadə olunur. 

Əsərdə tarixi sənət örnəklərinə elmi-mədəni-estetik baxış vurğulanaraq müəllifin böyük şəxsiyyətin həyat və yaradıcılıq yolunu çox incə bir peşəkarlıqla əks etdirməsi yüksək qiymətləndirilir. Həmçinin belə dəyərli və zəngin elmi-nəzəri işlərin ölkəmizdə və onun hüdudlarından kənarda təsviri sənət tarixi tədqiqatlarının inkişafına töhfə verdiyinə dərin inam ifadə olunur. 

Böyük sənətkar məktubda Nərgiz xanıma tarixi irsimizə, mədəniyyətimizə belə bir ləyaqətli xidmət müqabilində həm Mədəniyyət Komitəsinin sədri kimi, həm də şəxsi olaraq öz adından dərin minnətdarlığını bildirərək bu cür şərəfli işlərdə yeni-yeni uğurlar arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.