"Şəhərsalma və Memarlıq İli " münasibətilə, tədbir keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunun ən qədim kəndlərindən olan Baş Daşağıl kəndindəki Sənətkarlıq klubunun təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma və memarlığın dövlət siyasəti” adlı “Dəyirmi masa” təşkil olunub .

Tədbirdə Baş Daşağıl rayon və kənd ziyalıları və digər kənd sakinləri iştirak ediblər.

 

Tədbirdə klubun əməkdaşı Alimə Əliyeva Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında ölkə Prezidenti İ.Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı haqqında ətraflı məlumat vermişdir.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" zonası kimi layihələrlə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır.

 "İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir.

Ölkəmiz növbəti il BMT-nin daha bir mötəbər tədbiri olan "Dünya Şəhərsalma Forumu"nun 13-cü sessiyasına evsahibliyi edəcək.

Beynəlxalq tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

 

 

                                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.