Həyata həqiqət pəncərəsindən baxan rəssam… Ağaəli İbrahimov yaradıcılığı Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaradıcılığında fəlsəfi və dərin mənaların təlqininə şahid olduğumuz sənətkar Ağəli İbrahimovun əsərləri onun həqiqətə baxış tərzi və ruhani aləminin kəsişməsini simvolizə edir. Axı incəsənət mahiyyətcə fəlsəfidir… Hər hansısa bir sənətkarın fəlsəfi-estetik baxışları nə qədər qabaqcıl olsa, sənət aşiqlərinin ondan ilham alması, təsirlənməsi bir o qədər mümkün olacaqdır.

 

Bu, həm sənətkarın həm də sənət ilə yaxından məşğul olan bir kəsin fərdi bir şəkildə, sosial inkişafını və tərəqqisini təmin edəcəkdir. Odur ki, fəlsəfə ilə sənətin qovuşduğu nöqtədə ən əsas dayanan həmin kəs məhz rəssamdır. Ağaəli  İbrahimov 6 fevral 1946-cı ildə Bakıda anadan olub. Öncə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini tamamlayıb.

1986-cı ildən beynəlxalq sərgilərdə iştirak etməkdə olan rəssamın əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Xalq rəssamı (2007) Ağəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra etməkdədir. Ağəli İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov müsahibələrindən birində öz sənət kredosunu belə izah edib:

-45 illik yaradıcılıq dövrünüzdə ilk fərdi sərginizin təşkil olunması nə ilə əlaqədardır?

+Bu sərgini keçirilməsini Mədəniyyət və Turizm Nazirliyi 65 illik yubileyimə həsr ediblər. Onu da qeyd edim ki, bu mənə qalsa idi, sərgimin keçirilməsi hələ də qalacaqdı.

-Sərginin vaxtının uzadılması sizi sevənlərin sayının çox olması deməkdir...

+Bəlkə də hə. Bütün dostlarım, ziyalılar, hətta xarici ölkənin vətəndaşları da bu sərginin açılışında iştirak etdilər. Bununla yanaşı, ən çox ona sevindim ki, burada cavanlar çoxluq təşkil edirdi. Onu da səmimi deyim ki, sərginin bu cür yüksək səviyyədə keçirilməsini gözləmirdim. Hər zaman çalışmışam ki, əsərlərimdə səmimi olum. Hər bir əsərimdə qəlbimin və ruhumun bir parçası var. Bəlkə də əsərlərimdəki səmimilikdən irəli gəlirdi ki, sərgimə bu qədər insan gəlir.

-Sizinsərgilərinizdə deməkolarki, daha çoxdinimövzularvar, bunə ilə bağlıdır?

+Bütündünyavə insanAllahınadı ilə qurulub. Müəyyən dəyərlər var ki, onlar ömrü boyu yaşayır. Əsərlərimdə şeytan, insan və digər məxluqların varlıqları əks olunub.

-Bəzi insanlar hesab edirlər ki, rəssamlara diqqət daha azdır. Bəlkə də sizin sərginizdən sonra belə düşünülməz...

+Əgər bu sahəyə diqqət az olsa idi, o zaman son illərdə Azərbaycanda çoxlu sayda qalereyalar açılardı? Elə bir gün yoxdur ki, mədəniyyət və incəsənət sahəsində tədbirlər olmasın. Hətta elə olur ki, gün ərzində 3-4 sərgi olur.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Nigar Hətəmova onun haqqında belə deyir: “Ağəli İbrahimov həm də bugün sənətin gələcəyi üçün ən ehtiyac duyduğumuz “hobbini” də icra edən, zövqlü kolleksionerlərdən biridir. Mahir fırça ustası Ağəli İbrahimovun yaradıcılığında ən mühüm prinsip “mühafizəkarlıq”dır. Beləki, bu ifadə mahiyyətcə milli təsviri sənətin ənənələrini və klassikasını özündə kəsb edir. Rəssam klassikaya öz yanaşmasını qatır, keçmişə ilişib qalmadan, sənət naminə üzünü gələcəyə çevirir”.

 

Müsahibələrində Ağəli İbrahimov həm də öz yaradıcılıq sirrini bölüşür:

-Şah əsərinizi yaratmısınız? yoxsa hələ yaratmaq arzusundasınız?

+Hollandiya rəssamı Van Qoqun bir sözü var ki, hər zaman mənim yadımdadır. O deyib ki, ən gözəl əsərlər rəssamlarla ölür. 1974-cü ildə yaratdığım "Avtoportret" əsərimi yaradıcılığımda şah əsərim kimi hesab edirəm.

-Hər hansı bir əsərin gözəl çıxması üçün əhval- ruhiyyənin də xüsusi önəmi var?

+Əlbəttə ki önəmi var. Misal olaraq bizim dövlətimizdə olan problem var ki, onlar insana bu sahənin insanlarına təsir edir. Xalqın başına gələn o qədər bəlalar sənətkarı lap ağladır. Belə mövzular hər zaman əsərlərimdə öz əksini tapır. Bütün bu hadisələrə görə uzun müddət özümə qapanmışdım.

-Bir sənət əsəri yaratmaq üçün rəssama nə qədər vaxt lazımdır?

 

+Elə bir əsər olur ki, onu 1 ilə, eləsi də var ki 6 aya hazır olur. Mən əsərlərimi yaradarkən sanki onları özüm dünyaya gətirirəm. Elə an ola bilər ki, gecə oturan zaman hər hansı bir əsəri işləyə bilərəm. Elə əsər də var ki, mən onu 20-30 ildir ki, öz daxilimdə yaşadıram.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.