DİQQƏT! Palazzo Mandrilli Qalereyası sizi Gənc Rəssamların Beynəlxalq Sərgisinə dəvət edir Featured

İyul ayında İtaliyada Gənc Rəssamların Beynəlxalq Sərgisi keçiriləcək. Sərgi İtaliyanın Kassine şəhərində, SƏN1SƏN Beyin Mərkəzinin tarixi Palazzo Mandrilli Qalereyasında keçiriləcək.

 

Palazzo Mandrilli Qalereyası “Ədəbiyyat və incəsənət” portalına müraciət edərək keçiriləcək sərgi barədə məlumatı paylaşmağımızı xahiş edib. Biz məmnuniyyətlə

Beynəlxalq gənc rəssamlar sərgisi haqqında məlumatı oxucularımızla bölüşür, gənc rəssamlarımızı sərgidə iştiraka təşfiq edirik.

 

Bu sərgi, gənc və yaradıcı sənətçilərə öz işlərini beynəlxalq auditoriyaya çıxarmaq və xaricdəki sənət aləmində yeni əlaqələr qurmaq imkanı verir.

Sərgidə 16–35 yaş arası rəssamlar iştirak edə bilər. Hər müəllif aşağıdakı qeydiyyat formasını dolduraraq maksimum 3 əsərinin fotosunu yükləyir, Ekspert komissiyası müsbət rəy verdikdən sonra iştirak haqqı ödənilir.

Müraciət üçün son tarix: 20 iyun 2025-ci il.

Əlavə məlumat:

https://palazzomandrilli.it/event/international-exhibition-of-young-artists

https://www.instagram.com/palazzomandrilli/

https://www.instagram.com/sen1sen.az/  və +994 50 663 69 83 

Qeydiyyat: https://forms.gle/kK8brhh2zu3fv7kj6 

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.