Azərbaycan Rəssamlar İttifaqında keçiriləcək növbəti sərgini beynəlmiləl sərgi də adlandıra bilərik. Onun sərhədləri Azərbaycandan başlayaraq Rusiyaya, İsrailə gedib çıxır.
Əslən Quba rayonunun Qırmızı qəsəbəsindəki Dağ Yəhudilərindən olan, hal-hazırda Moskvada fəaliyyət göstərən, əsərləri beynəlxalq müstəvidə nümayiş etdirilən, Azərbaycan Dağ Yəhudilərinin Rusiyadakı parlaq simalarından olan, daim əsərlərində Azərbaycanın milli adət-ənənələrini və Azərbaycandakı tolerantlığı, multikultural yaşam ənənəsini, Azərbaycan və Yəhudi xalqının qardaşlığını və dostluğunu tərənnüm edən və öz əsərlərində əks etdirən həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlar Yaradıcılıq İttifaqının üzvü, xalçaçı-rəssam Albert Rəfiyevin əsərlərindən ibarət olacaq haqqında bəhs etdiyimiz sərgi.
Sərgi 13 iyun 2025-ci il tarixində, saat 17:00-da keçiriləcək.
Azərbaycan Rəssamlar İttifaqının binası, xatırladaq ki, Xəqani küçəsi, 43 ünvanında yerləşir.
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)