SOS – Qazaxdakı Alban məbədi sürətli şəkildə aşınmaya məruz qalmaqdadır Featured

“Ədəbiyyat və incəsənət” portalı SOS rubrikasında bu dəfə sizləri

ADPU-nun Quba filialının direktoru Yusif Alıyevin qaldırdığı bir problemlə tanış edir. Söhbət tarixi abidələrimizə qayğıdan gedir.

 

Qazağın Daş Salahlı kəndi ərazisində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində, dəniz səviyyəsindən 922 metr hündürlükdə qədim Alban məbədi yerləşir.

Məbədin alt hissəsində qayalardan yarılaraq hazırlanmış iç-içə keçidi olan bir neçə otaqdan ibarət olan, çox da hündür olmayan mağaralar öz görünüşü və unikallığı ilə insanı heyran edir. 

VII əsrdə inşa edilmiş və Qafqaz Albaniyasının zəmanəmizə gəlib çatan qədim tarix yadigarlarından olan bu abidə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir. 

Lakin bu tarixi abidə sürətli şəkildə aşınmaya məruz qalır.

İnanıram ki, tezliklə mədəniyyətimizin bir hissəsini özündə günümüzədək gətirib çıxardan bu abidə bir qədər də dərindən tədqiq ediləcək və müasir texnologiyaların imkanları hesabına bərpa edilərək gələcək nəsillər üçün qorunub saxlanılacaq.

 

REDAKSİYADAN: Biz də inanırıq və Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında Azərbaycan Respublikası Qanununu əldə rəhbər tutaraq sözümüzü əlaqədar təşkilatlara çatdırırıq. Qazax ərazisindəki Alban məbədini xilas edin. Sonra gec olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.