Xoca Mərcanlı məscidi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub. Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür.

 

Məhəllə Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb, məscid və məhəllədəki digər tikililər dağıdılıb. 

 

Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.