Səssizcə ağacdan düşən payız yarpağı Featured

Aynur İsmayılova,

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Həyat bəzən səssizcə ağacdan düşən payız yarpağı kimidir. Ya qırmızı, ya yaşıl, ya da sarı.

 

Bəzən səssizcə uzaqlaşırsan. Səni xoşbəxt edən vərdişlərdən, yaxşı hiss etdirən dəyərlərdən, toxunulmamış səhifələrdən. Ən önəmlisi, özündən.

Bu hiss bir məsafəyə bənzəmir. Nə ölçmək mümkündür, nə də gedib çatmaq. Daha dərinlərdə, bəlkə də bir uçurumun ən dərin qatlarında. Orada dərin bir səssizlik var. Nə sənin səsin eşidilir, nə də bir başqasının.

Amma qəribəsi odur ki, sən həyata davam edirsən. Gülürsən, əylənirsən, danışırsan. Kimsə səndə nəyinsə əskildiyini hiss etmir, bəlkə, sən də bunu hiss etmirsən. Və nəyi, nə vaxt itirdiyini anlaya bilmirsən.

Həyat bəzən səssizcə ağacdan düşən payız yarpağı kimidir. Ya qırmızı, ya yaşıl, ya da sarı.

Bir gün küləyin istiqaməti dəyişir və sən qarşında hansı rəngin dayanacağını bilmirsən. Və bəzən bəxtinə hansı rəng düşürsə, taleyin də elə oradan başlayır.

Anlayırsan ki, bəzən nə dayanmaq, nə hərəkətə keçmək, nə də gözləmək yeni başlanğıc vəd etmir.

Önəmli olan hər anında özünə yaxın olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.