Şəfa Həşimova,
“Ədəbiyyat və incəsənət”
Deyirlər ki, 4 fəsil var. Bunu sübut etməyiblər axı. Yaz, yay, payız, qış.Bəs Sevgi? Axı o da bir fəsildir. 5-ci fəsil.
Nə zaman yarandığını və necə tipi olduğunu heç kəs xarakterizə edə bilməyib hələ. Alimlərin belə çözə bilmədiyi və nədənsə hər kəsin bu havanı hiss etmədiyi bir dönəmdir sevgi fəsli.
Bəzən soyuq gələr ayları. Nə qədər əynini qalın geyinsə də insan, tənhadırsa soyuğun qarşısında aciz qalar vücudu. Amma, bəzən o qədər isti və güvənverici bir havası olar kibu fəslin, görünməyən yumşaq kürkün əhatəsində havanın bütün sıxıntılarından qoruyar insanı.
Dəyərini inamdan, şirinliyini adından alar sevgi.
…Mənim fikrimcə,sevgi zatən güvəndən yaranar. Bəzən insan bu hissləri içində boğar. Amma və lakin, buludların qüdrətli şəkildə toplaşıb gizlətməyə çalışdığı Günəş, heç bir maneəyə baxmayaraq, yeni gündə, yeni saatda, bir çox qəlblərdə, yəni, yeni fəsillərdə, şəfəqlərindən doğar!
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)


