Hollivudun ən uğurlu kommersiya prodüserlərindən biri - Cerri Brukhaymer Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bizdə yaşı 7-i keçənlər hər hansı vəzifə kürsüsü tutursa, fəaliyyətdə bulunursa dərhal tənqidlər, söyüşlər yer alır. Amma dünyada, məsələn Amerikada belə deyil. Bu gün doğum günü olan nömrə bir yazıçı Kinqin 79 yaşı tamam olur.. Nömrə bir prodüsser Brukhaymerin isə 83.

 

Cerri Brukhaymer (Jerry Bruckheimer) — 21 sentyabr 1943-cü ildə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində anadan olmuş məşhur kino və televiziya prodüseridir. O, Hollivudun ən uğurlu kommersiya prodüserlərindən biri kimi tanınır.

Brukhaymer Detroytda böyüyüb. Daha sonra Arizona Universitetində təhsil alıb və psixologiya üzrə diplom əldə edib. Karyerasının ilk mərhələsində reklam sahəsində çalışıb və televiziya reklamlarının istehsalı ilə məşğul olub.

1960-cı illərin sonlarında reklamdan kino dünyasına keçən Brukhaymer əvvəlcə müxtəlif filmlərdə prodüser kimi təcrübə toplayıb. Sonradan öz istehsal şirkətini yaradaraq Hollivudun ən böyük layihələrinə rəhbərlik etməyə başlayıb

Brukhaymerin karyerasında prodüser Don Simpson ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Onların birgə fəaliyyəti 1980-ci illərdə Hollivudun ən uğurlu prodüser komandalarından birini yaratdı.

Birlikdə:

Flashdance (1983)

Beverly Hills Cop (1984)

Top Gun (1986)

Beverly Hills Cop II (1987)

Days of Thunder (1990)

kimi filmlərin hazırlanmasında iştirak ediblər. 1986-cı ildə çəkilən “Top Gun” Brukhaymerin karyerasının ən mühüm filmlərindən biri olub. Film Tom Kruzun canlandırdığı pilot Pit “Maverick” Mitchell haqqında olub. Filmin uğuru hərbi aviasiya mövzusunu populyar mədəniyyətdə daha da məşhurlaşıb

Brukhaymer 2022-ci ildə “Top Gun: Maverick” filminin də prodüserlərindən biri oldu. Film böyük kommersiya uğuru qazandı və Brukhaymerə yenidən böyük diqqət gətirdi. O, bu filmə görə 2023-cü ildə “Ən yaxşı film” kateqoriyasında Oskar nominasiyası alıb

Brukhaymerin ən böyük layihələrindən biri “Pirates of the Caribbean” film seriyasıdır. İlk film — “Pirates of the Caribbean: The Curse of the Black Pearl” — 2003-cü ildə nümayiş olunub. Baş rolda Conni Deppin canlandırdığı Cek Sparrow obrazı dayanır.

 

Daha sonra:

Dead Man's Chest (2006)

At World's End (2007)

On Stranger Tides (2011)

Dead Men Tell No Tales (2017)

filmləri çəkilib.

 Brukhaymerin prodüser kimi iştirak etdiyi məşhur filmlər arasında:

Bad Boys

The Rock

Armageddon

Pearl Harbor

Black Hawk Down

Con Air

Enemy of the State

Gone in 60 Seconds

National Treasure

Remember the Titans

Prince of Persia: The Sands of Time

The Lone Ranger

Top Gun: Maverick

 

yer alır. Brukhaymer yalnız filmlərlə deyil, televiziya layihələri ilə də böyük uğur qazanıb. Onun ən məşhur televiziya layihələrindən biri “CSI: Crime Scene Investigation” serialıdır. 2000-ci ildə başlayan serialın uğurundan sonra CSI: Miami, CSI: NY və CSI: Cyber kimi spin-off layihələri meydana gəldi. O, həmçinin “The Amazing Race”, “Without a Trace”, “Cold Case” və “Lucifer” kimi televiziya layihələrinin prodüseri olub.

Brukhaymer 2013-cü ildə Hollywood Walk of Fame-də ulduzla təltif olunub. Onun prodüser kimi fəaliyyəti çoxsaylı mükafat və nominasiyalarla qiymətləndirilib. IMDb məlumatlarına görə, onun karyerasında onlarla mükafat və nominasiya var.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.