Televizor səsi, yoxsa tənhalığı qovan alət? Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Sizə bu dəfə yaradıcı, araşdırmaçı, Psixoloq, doktor Hüseyn Şərqidərəcək (Soytürk) qələmindən qısa, lakin düşündürən bir yazını təqdim edəcəyik.

 

 

HÜSEYN ŞƏRQİDƏRƏCƏK

“Televizor səsi, yoxsa tənhalığı qovan alət”

 

 Biz - uşaqlar hərə öz həyatının ardınca gedib ev boşalandan bəri, anam televizoru açıq vəziyyətdə qoyub yuxuya getməyə adət etmişdi.

Əvvəlcə elə bilirdim ki, bu sadəcə adi bir vərdişdir...

O gecəyə qədər ki, onun yanında qaldım və həqiqəti öyrəndim.

Gecə yarısı təqribən saat iki idi.

Su içmək üçün yuxudan oyandım. Televizorun mavi işığı hələ də evin sakit fəzasını işıqlandırır və anam divanda yatırdı; sakit, amma elə bil qucağında nəsə əksik idi.

Televizoru söndürmək üçün asta-asta yaxınlaşdım...

Amma əlim pulta çatmamış, yuxuda pıçıldadığını eşitdim: Söndürmə... Bu səslər mənə elə hiss etdirir ki, hələ də evdə kimsə var.

Elə həmin an ürəyimdə nəsə qırıldı.

Anam qaranlıqdan qorxmurdu...

Sükutdan qorxurdu.

Bir vaxtlar gülüş və ayaq səsləri ilə dolu olan evin sükutundan.

Vaxtilə yemək qoxusu və söhbətlərimizin əks-səda verən səsi, indi isə əksər vaxtlar söndürülmüş və boş qalan mətbəxin sükutundan asılı qalmışdı.

Kimsə "Ana, bu gün necəsən?" deyə soruşmadan gəlib-gedən günlərin sükutundan.

 Mən iş, həyat və qayğılarıma qərq olaraq həmişə deyirdim ki, başım çox qarışıqdır...

Anamsa televizorun içindəki yad insanların səsi ilə yuxuya getməyi öyrənmişdi, çünki artıq o evdə uşaqlarının səsi eşidilmirdi.

O gecə bir daha yuxum gəlmədi.

Oturub onun yorğun əllərinə baxdım...

Həmin əllərə ki, uşaq vaxtı üşüməyim deyə, üzərimə yorğan örtərdilər.

Həmin əllərə ki, mən tox yatım deyə bəzən saatlarla ac qalan anamı yedirtməzdilər.

Həmin əllərə ki, heç vaxt tənhalıq dadını bilməyimə imkan vermədilər.

Və məhz orada acı bir həqiqəti anladım: Bəzi ata-anaların puldan çox övladlarının varlığına ehtiyacı olur.

Bəzən elə bir həddə çatarlar ki, artıq söhbət etmək üçün xahiş də etməzlər...

İstəmədikləri üçün yox, sadəcə övladlarının onların çiyinlərində yük olduqlarını hiss etmələrini istəmədikləri üçün.

Və bəlkə də, əhvalatın ən kədərli hissəsi budur...

Bir vaxtlar bizə sevgi və istiliklə dolu ev qurmuş kəslərin ömürlərinin sonunda ürəklərini tənhalıqdan qaçırmaq üçün sadəcə açıq qalan televizor səsinə bağlanmaları...

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.