Heç nəyi qorumamaq, əslində hər şeyə sahib olmaq deməkdir Featured

Kübra Quliyeva

"Ədəbiyyat və İncəsənət" portalının yaradıcılıq şöbəsi

 

Əgər bir qab olacaqsa, yalnız o cür olsun ki,daşıyanın çəkməsi altında, ya da tankın tırtılı altındaçətinlik çəkmədən qırıla bilsin;

əgər kreslo olacaqsa, o qədər də rahat olmasın ki,durub getmək ağrılı olmasın;

əgər geyim olacaqsa, yalnız bir çamadana sığacaq qədər;

əgər kitablar olacaqsa, yalnız yaddaşda daşıya biləcəyin qədər;

əgərplanlarolacaqsa, elə olsunlarki, vaxt çatandabaşqabirküçəyə, qitəyə, dövrəyadadünyayakeçəndəunudabiləsən.

 

Bunu sənə kim dedi ki, alışmaq sənə yaraşır?

kim dedi ki, nəsə əbədi ola bilər?

heç kim sənə demədi ki, sən heç vaxt bu dünyada özünü evindəki kimi hiss etməyəcəksən?

​Wislawa Szymborska haqlıdır, deyilmi?

Əgər bir ev olacaqsa, qoy divarları daşdan yox, hər an yola çıxmağa hazır olan kölgələrdən qurulsun;

qapısı hər gələnə açıq, pəncərəsi ötən illərə baxan bir üfüq olsun.

Əgər bir ümid olacaqsa, sabahın səhərinə qalan yox, məhz bu gecənin qaranlığında öz içimizdən yaktığımız bir işıq olsun.

​Bunu sənə kim dedi ki, yollar bitmək üçündür, kim dedi ki, hər addım bir iz qoymaq məcburiyyətindədir?

Heç kim sənə demədi ki, əsl azadlıq – heç kəsə və heç nəyə bağlanmadan, elə bu səssizliyin özü ilə əbədi bir yoldaş olmaqdır?

Səyahətçinin yükü

​Həyatın ağır yükləri, qırılmaz zənn etdiyimiz əşyalar, ömürlük qurduğumuz planlar əslində insanın ayağına vurulmuş ən ağır buxovlardır.

Vislawa Szymborska haqlıdır: daşıdığımız hər şey, sahib çıxmaq istədiyimiz hər bir detal vaxtı gələndə bizi irəliyə yox, geriyə çəkir. İnsan bu dünyaya kök salmağa deyil, sadəcə qonaq olmağa gəlib. Qapıları kilidləmək, divarları bərkitmək arzusu isə ruhun azadlığına çəkilən ən böyük səddir.

​Alışmaq anlayışı insanı rahatlığa alışdıraraq ətalətə sürükləyir. Halbuki əsl həyat komfort zonasının bitdiyi yerdə, hər an hər şeydən imtina edə bilmək cəsarətində başlayır. Bir çamadana sığınan geyim, yaddaşda daşınan bir neçə səhifə və hər an dəyişməyə hazır olan planlar... Bunlar itki yox, əslində yüngüllükdür. Ömrü əbədiləşdirməyə çalışmaq əvəzinə, anın keçiciliyini qəbul etmək lazımdır.

​Çünki bu dünyada əsl evimiz hər hansı bir ünvan, daş-divar deyil; heç kəsə və heç bir mülkə bağlanmadan daşıdığımız öz içimizdəki azadlıq hissidir. İnsan yoldadırsa, o, həm də zamandan azaddır. Geriyə baxmadan, gələcəyi planlamadan, sadəcə bu anın nəfəsini hiss edərək addımlamaq – bəlkə də yer üzündə yaşamağın tək haqlı və təmiz yoludur. Əşyaların köləsindən ayrılıb zamanın səyyahına çevrildiyin anda başa düşürsən ki, heç nəyi qorumamaq, əslində hər şeyə sahib olmaq deməkdir.

 

R.S.Sonda əgər bir işin qalacaqsa, o da yəqin ki Wisława Szymborska kimdir deyə soruşmağın lacaq. O, 1996-cı ildə Nobel Ədəbiyyatı ödülü almış dünyaca ünlü Polşalı bir şair,  gündəm yazarı və tərcüməçidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.