Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
15.07.2028 saat: 9:00.
Güllərin havasız qalmaması üçün yer axtarırdı.
O otağa keçdi, bu otağa keçdi, heç yeri bəyənmədi. Sonra onları pəncərənin önünə qoydu.
Hər dəfə boynu bükülən gülə baxarkən sevinirdi, sanki yenidən dirçələcək, bükülü boynunu yenidən qaldıracaqdı gül..
Amma yox, bu dəfə dirçəlmədi. Gül yerini sevməmişdi, yox, gül sanki küsmüşdü.
Hərdən gəlib yadına düşdükcə gül ilə danışırdı:
-Neynirsən, gülüm?
Gül sanki: -Məni bu cür yaşada bilmərsən - deyib ona tərəf baxmadı, çünki "qırılmışdı" adama, özünə, budağına, hər şeyə küsmüşdü.
Bu küskünlük yarpaqlarını qurutdu.
Günlər keçdikcə gül soldu, soldu...
Adam artıq üçüncü dəfə suyunu dəyişirdi, amma gül yaşamırdı, ölmüşdü...
Ölən “gül” ün suyunu dəyişsən, nəyə yarar..?!
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)


