Modern qadın - ESSE Featured

Aynur İsmayılova,

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Modern qadın olmaq dövrümüzün ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu mövzunu müzakirə edənlərin əksəriyyəti isə qarşı cinsin nümayəndələridir...

 

Amma qəribədir ki, elə bəzi qadınlar da bu düşüncədədir. Məsələ burasındadır ki, modern qadın anlayışı çox zaman qadının özü tərəfindən deyil, cəmiyyət tərəfindən müəyyən edilir. “Halbuki, bir zamanlar Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi ziyalılar qadının savadlanması və cəmiyyətdə yer alması üçün mübarizə aparırdı.” İndi onlar görməsə belə, mübarizə apardıqları qadın öz sözünü deyə bilən, seçim edən, həyatını qura bilən bir gücə çevrilib. Amma təəssüf ki, bu gücə hələ də sərhəd çəkilir, qəlblərə salınır. Qadın nə qədər irəli getməyə çalışsa da, cəmiyyət onu bir addım geri çəkməyə çalışır. Çünki qadın hələ də bəzilərinin gözündə yalnız mətbəxdə çalışan, uşaqlara baxan, söz haqqı istəyəndə susdurulan görünməz bir kölgədir.

Qadın çərçivəyə sığdırılan yox, seçim haqqı olan varlıqdır. Bu gün modern qadın – iş, ev, ailə üçbucağının mərkəzində tarazlığı qoruya bilən bir gücə çevrilib. Artıq bu güc daha çox görülməli, daha çox qəbul edilməlidir. Çünki qadının seçimi azad olduqca, cəmiyyət də inkişaf edir. Modern qadın artıq susan yox, danışan, seçim edən və dəyişdirəndir.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.