Hindistanın Azərbaycandakı səfirinin yazdığı şeir Featured

 

Ülviyyə Əbülfəzqızı,

 “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Hind şairi Abhay Kumarın 90-dan çox dilə tərcümə edilmiş "Yer Kürəsi marşı" şeiri  tanınmış şair, ədəbiyyatşünas alim, Prof. Dr. Təranə Turan Rəhimli tərəfindən  Azərbaycan dilinə də tərcümə edilib. Abhay Kumar hazırda Hindistanın Azərbaycandakı səfiridir.

Dünən 22 Aprel -  Yer Kürəsi Gününü qeyd etdik, elə yerinə düşər, yer kürəsinin başqa dindən, xalqdan olan bir şairinin şeirlərini oxucularımıza təqdim edək.

Səfirlərin həm də şair olması, düzü tez-tez təkrarlanan hal deyil.

 

ABHAY KUMAR

YER KÜRƏSİ MARŞI

 

Bizim kosmik vahəmiz

Ərşin mavi incisi tək,

Ən gözəl planetidir kainatın.

Bütün qitələri, okeanları,

Florası, faunası sonunadək

Hamımızın varidatı.

Dayanmışıq bir bütövün

Fərqli çeşidləri kimi.

Fərqlidi mədəniyyətlər,

Etiqadlar və yollar.

Biz insanıq,

Yer kürəsi evimiz.

Bütün insanlar, millətlər,

Hamımız birimiz üçün,

Birimiz hamıdan ötrü

Birləşmişik, mavi mərmər bayrağı

Qaldırıb əllərimiz.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.