“Bir xatirə” – Səməd və Bəxtiyar Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bəxtiyar Vahabzadə xatirələrində yazır:

“Xalq şairi Səməd Vurğun xəstəxanada idi. Bir dəfə oğlu Yusiflə birlikdə onun yanına getmişdik. Ordan-burdan danışandan, hal-əhval tutandan sonra üzünü mənə tutub soruşdu ki, Bəxtiyar, yaradıcılıqda nə yenilik var? Təzə nə yazmısan?

Yusif Səmədoğlu dedi ki, ata, Bəxtiyar bir gözəl şeir yazıb, amma qəzetlər dərc eləmir. Deyirlər ki, millətçi şeirdir.

Səməd Vurğun soruşdu ki, şeir buradadırmı?

Mən cibimdən şeir yazılmış vərəqi çıxarıb, ona verdim.

Səməd Vurğun şeiri diqqətlə oxudu. Sonra qələmini götürüb həmin vərəqdə şeirin adı ilə birinci bəndin birinci misrası arasındakı boş yerdə — epiqraf, ithaf yerində öz əli ilə yazdı: “Biz Vətənimizi, millətimizi və dilimizi sevirik! V.İ.Lenin"

Üzünü yenə mənə tutdu:

- Sabah aparıb verərsən "Kommunist" qəzetinə…

Mən də onun dediyi kimi etdim”.

Bir gün sonra Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeiri Azərbaycan SSR-nin bir nömrəli qəzeti sayılan “Kommunist” qəzetinin ilk səhifəsində dərc olundu…

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.