Gültac Əliyeva,
həvəskar yazar.
“Ədəbiyyat və incəsənət”
Adını “Günəşim” deyə qeyd etmişdim… mənim üçün sevgi də belə idi — isti və hərarətli. Yoxluğunun xəyali belə üşüdərdi ruhumu, qaynar qanım donardı damarlarımda. Mənə bir gün belə sevəcəyimi desələr, əsla inanmazdım… axı mən yad idim sevgiyə.
İndi düşünürəm də, bəlkə də məhz bu səbəbdən yazın yağışını, qışın qarını, payızın xəzənini sevmirdim. Mən bir tək “Günəşi” sevirdim. Həqiqət də budur ki, sevgi toxunan qəlbdə nifrətə yer qalmırdı…
Hələ bir səhər yuxudan oyanıb mənə zillənən o yuxulu gözlərində ruhumun necə qamaşdığını hiss etmişdim… nurunu saçmışdı gözlərin üzərimə.
O an mənim yaşadığım həyatın kulminasiya nöqtəsi idi. Heç o qədər xoşbəxt olmamışdım mən… O an və o anın xəyali idi məni bu “soyuq” dünyada isidən.
İçimdə bir yer Günəşi gözləyən… gəlməyəcəyini bilə-bilə ümidini itirməyən səhər kimi həsrətdir sənə…
“Ədəbiyyat və incəsənət”
(07.04.2026)


