Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Mən əlbət ki, şair deyiləm. Esseistikada qələmimi sınayıram. Amma bu gün anamla bağlı qeyri-ixtiyari bu sətirləri yazdım. Və onlar essedən adlayıb şeirə keçdilər. Peşəkar şairlər məni qınamasınlar, bunlar bir həvəskarın sadəcə ürək sözləridir…
Kimlərsə təsirlənsə, öz anasına qarşı bu hissləri keçirsə, yazımın təbii olmasına əlbət ki sevinərəm…
Ay anam, heç qocalma sən,
Saçlarına düşməsin dən.
Dolur gözüm gördükcə bu
Saysız bəyaz telləri mən.
Üzündəki qırışların
Xəbər verir illərindən.
Hey çalışdın, zəhmət çəkdin
Gecə-gündüz bilmədən sən.
Fidanların boy atdıqca
Sən qocaldın, canım ana.
Biz böyüdük, sən yoruldun,
Ağrı çəkdin hey səssizcə.
Nə olar, heç qocalma sən,
Saçlarına düşməsin dən.
Kövrəlirəm hər baxışda
Səni yaşlı görəndə mən.
“Ədəbiyyat və incəsənət”
(03.04.2026)


