26 fevral - Xocalı soyqırımının 34-cü ildönümüdür.
Əsrin faciəsi adlanan bu qətliama tanınmış italyan bəstəkarı və şairi David Qualterini 2012-ci ildə yazdığı şeiri Qulu Ağsəs (sətri tərcümə:Mais Nuriyev) dilimizə çevirmişdir.
“Ədəbiyyat və incəsənət” portalına Qulu AĞsəsin verdiyi məlumata görə, əsərə yazılan musiqi Milan Konservatoriyasında kompozisiya şəklində nümayiş etdirilmişdir.
Xor üzvləri arasında erməni tələbələrin də olması Ermənistanda hiddətlə qarşılanmışdır.
Xocalı işğaldan azad olsa da, o qanlı tarix yaddaşımıza əbədi yazılıb: "And içirik, Tanrı canı..."
“Ədəbiyyat və incəsənət”
(26.02.2026)


