“Ədəbiyyat və incəsənət” portalı Əlirza Həsrətin “Allah, mənim anam hanı?” adlı essesini təqdim edir.
Allah nə yaxşı ki dolan ürəyimizi boşaltmaq üçün bir cüt göz verib bizə... Hönkürmək verib, hıçqırmaq verib bizə Allah...
Evdə oturanda, uzatdığı ayaqlarının yanında xəyala salmağıdan xoşhallanan Anam, indi öz hüzür məclisində başda oturmağımdan elə qürrələnib, elə xumarlanıb ki qara torpağın qoynunda...
Yas məclislərində qapının giriş tərəfində birinci yerdə əyləşən hər kəsə yazıqlığım gəlirdi uşaqlığımdan bəri... Heç vaxt təsəvvür etməzdim ki, vaxt gələcək həmən birncilərdən də biri də mən olacağam... Dünyanın ən ağır yükünün altından silkinib çıxmağa nə varmış ki...
Ana yoxluğunun çəkisi, ağırlığı …çox ağır imiş... Bax, bu yoxluğun altında elə sıxılmışam, gözlərimin sel-suyu alıb ağuşuna bütün varlığımı...
Qeybdən bir pıçıltı gəldi qulağıma: Oğlum, Ana yoxluğuna məhkumkumluğun ömürlükdür, qadan alım, ömürlük... Sən də özünü öyrət bu yoxluğun ağırlığını çiyinlərində daşımağa...
Ruhun şad olsun, Ana! Təsəvvür etmədiyim yoxluğun yaman yerdə haqladı məni, yaman... Yaman yerdə yüklədim çiyinlərimə bu çarəsi olmayan anasızlıq yükünü, yaman yerdə bağışladın mənə evdə boş qalan yerini. …Bu cəzaya tablamağa gücüm çatacaqmı?!
Bağrıma basdım yoxluğun bu qərib balasını… - onu kim sənin kimi əzizləyə biləcək?
Su çəkilib, sonam hanı?
Haqdan gələn ənam hanı?
Yuxuma da gəlməyir heç,
Allah, mənim anam hanı?..
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


