“Cəhənnəm" planetində sürpriz atmosfer tapıldı Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Yeni ildə aldığımız ilk xəbərlərdən biri - alimlərin Günəş Sistemi xaricindəki TOI-561 b adlı qayalı planetdə atmosfer olduğunu aşkar etmələri, əlbəttə ki, olduqca böyük maraq doğurur.

 

“Ədəbiyyat və İncəsənət” portalı "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki, planet “ultra isti super-Dünya” adlanır və səthində əriyən qayadan ibarət okean ola bilər.

Belə ki, TOI-561 b, Yer planetindən iki dəfə ağırdır, amma ulduzuna çox yaxındır. Buna görə planetin bir tərəfi daima gündüz, o biri tərəfi daima gecədir.

Alimlərin ölçmələrinə görə, gündüz tərəfi təxminən 1800°C-dir. Bu, çox isti olsa da, gözləniləndən azdır. Səbəb planetin ətrafındakı atmosferin istiliyi gecə tərəfinə daşımasıdır.

Atmosferin içində güclü küləklər var və bəzi qazlar səthi soyudur. Planetin ulduzu Günəşdən daha yaşlı və dəmirdən az zəngindir. Bu da planetin daxili quruluşunun Yerdən fərqli ola biləcəyini göstərir.

Qeyd edək ki, alimlər atmosferi və temperaturu daha yaxşı öyrənmək üçün araşdırmalarını davam etdirirlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.