Ən gec öyrəndiyim həqiqət - ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Gözəl şeylərin bitməsini heç vaxt istəməzdim. Ta ki, xoşagəlməz hadisələrin də insana xoşbəxtlik gətirdiyini anlayana qədər. O zamandan başıma gələn hər şeyin boşuna olmadığını, bir səbəbi olduğuna inandım.

 

Bu, hər zaman belə imiş. Mən isə bunu gec fərqinə vardım. Geridə qalanlara üzülmək, istədiyinə nail olmayanda şikayət etmək insana heç nə qazandırmır. Onu daha da boşluğa sürükləyər. Orada qalanlar isə ya çıxmağa çalışar, ya da qəbullanmağa.Çalışmaq bir ümiddirsə, qəbullanmaq barışmaqdır. Heç bir son  öncədən bilinmədi. Bilgiyə qaçmaq sonu dəyişdirməz, sadəcə onu anlamağı asanlaşdırar. Çünki bəzən son deyil bizi qorxudan - sonun nə vaxt gələcəyini bilməməkdir. Bu minvalla həyatımda çox şey dəyişməsə də, mənim həyata baxışım dəyişdi. Başıma gələn hər şeyin boşuna olmadığını anladım.

Həyatı anlamaq isə sadəcə budur: hər son bir başlanğıc, hər çətinlik bir xəbərdarlıq, hər ağrı bir dərs imiş.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.