Danışsan dilini, toxunsan əllərini yandırar... Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət!

 

Bəzən əl çatmayan arzular baş qaldıranda sözlər boğazında ilişib qalar. Sanki qarşında özünün bir parçasını görürsən. Ona tamaşa edəndə nə danışa bilirsən, nə də toxuna. Danışsan dilini, toxunsan əllərini yandırar...

 

Qarşında dayanır,amma yenə də ona çata bilmirsən. Olduğun və olmaq istədiyin yer arasında sadəcə bir boşluq var. Və sən bu boşluqla yaşamağa davam edirsən. Hər gün daha da daraldığını, dərinlərdə ilişib qaldığını hiss edirsən sanki bütün çətinlikləri aradan qaldırmaq üçün sadəcə görünən insan obrazı kimi oynayan, amma hər gün içində bir az daha çökən bir qəhrəman kimi hiss edirsən. Bəlkə də səbəbi sən deyilsən, amma yaşamağa məcbur qaldığın  bir sıra  şeylər səni özündən uzaqlaşdırır. Getdikcə sıxmağa başlayır. Elə bil səhnədə rol oynayırsan. Zahirən gülən, daxildə isə içinə sığmayan bir yorğunluq var.

Tək qalanda anlayırsan ki, sənə nəfəs verən şeylər,sənin getmək istədiyin yollar başqaları üçün tamam başqadır. Ya mümkünsüz, ya da gərəksiz bir şey kimi görünür. Bəzən özünü belə ifadə etməkdən qaçarsan. Çünki bir gün anlayırsan ki, səni özündən başqa heç kəs daha dərindən görə bilməyəcək...

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

 

 

{gallery}25963{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.