“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizləri Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gültəkin Məmmədova ilə görüşdürürük. Onun yazdığı hekayə “Qara Qutu” adlanır.
GÜLTƏKİN MƏMMƏDOVA,
“QARA QUTU”
Dünya var olandan insanın yaradılışında bu kainatın özündə bir çox sirr, bir çox gizli məqamlar əks olunur. Hər bir zərrəsində naməlumluq və anlaşılmayan şeylər gizlidir. Ancaq ən müəmmalı və maraqlı olan bir şey var: insan beyni. İnsan beyninin — bəlkə də bir ovuc boyda olan həmin orqanın — sirrləri, gizəmləri çox maraqlıdır. Düşünün, bir professorsunuz, çox yüksək IQ-ya sahibsiniz və “insan” deyilən varlıqda nələrin gizləndiyini, nəyə qadir olduğunu axtarırsınız. Elə bil işıqda əlinizdə fenerlə nəsə axtarırsınız.
Maraqlı deyilmi?
Mən öz beynimi belə təsəvvür edirəm: böyük bir qutunun içində qoza bənzər bir şey var. Üzərində isə bölmələr yazılıb — görmə, eşitmə, dinləmə, yaddaş, hisslər… və o mühüm hissə — qaranlıq hissə. Məni dəli edən o yer. İki tok düşünün iki (məsələn, iki cərəyan siqnalı) biri sağdan sola, biri soldan sağa gedir və ortada birləşədiyi an funksiya işə düşür və gecə küçə lampaları bir-bir yanıb sönən 86 milyard “led işıq” — yəni neyron — işə başlayır. Bəlkə də bayaq dediyim qara qutunun nə olduğunu düşünürsünüz. O, mənim hekayəmin dönüş nöqtəsidir. Gəlin danışım.
Mən bir az özünə qapanıq, dış dünya ilə əlaqəsini kəsmiş, yalnız özü üçün yaşayan biri idim. Görüb-görəcəyim tək fəaliyyət ev və ev işləri idi. Bəzən elə olurdu ki, çölə çıxırdım. Evimizdən bir az məsafədə böyük park vardı — sira ilə düzülmüş ağacların arasında skamyada oturub səssizcə, qulaqcıqla musiqi dinləyir, ətrafı izləyirdim. İnsanların bir-biri ilə əylənməyini, söhbətlərini, manzərəni birlikdə seyr etmələrini, hətta davalarını. Amma o qədər itici və maraqsız idi ki… Təklik mənə daha avantajlı gəlirdi. Və bu belə davam edirdi.
Artıq ətrafımla bağımı qoparmışdım. Yalnız ailəmin məcbur evləndirdiyi, mənim də istəmədən bağlandığım bir həyat yoldaşım vardı. Ona cavab verməyə belə yorulmuşdum. Ona görə tez-tez dalaşır, yola getmir, həyatı həm ona, həm özümə zəhər edirdim. Buna görə hər kəs mənə qəribə varlıq kimi baxırdı. Öz ailəm belə üzümə baxmırdı.
Bir gün parkda oturarkən yenə başladı o siqnal… Yenə deyirəm, çünki uşaq vaxtı çox yaşayırdım bunu. Beynimdəki cərəyan çalışırdı sanki. Yanan milyonlarla işıq yanıb sönürdü. O qaranlıq qutu açılıb bağlanırdı. İçindən nəsə çıxmaq istəyirdi, amma olmurdu. Siqnal isə mono səs kimi bir qulağıma gəlir, digərindən çıxırdı. Əllərimi başıma qoyub sıxmağa başladım. Ayaqlarım titrəyirdi, ürəyim döyünürdü, beynim dağılırdı. İsdəmsizcə səsim yüksəlir və qışıqırırdım sanki başım o an partdiyacaq kimi.
O an… o an onları tanış oldum. Bir sağ dizimə əlini qoydu, biri sol dizimə, biri isə başımın üstündə idi. Əsməm keçmişdi, onlar “Yaxşısan?” — dedilər. Əllərimi çəkdim, başımı qaldırdım. İkisi qız, biri oğlan idi. Necə olduğumu soruşdular. “Yaxşıyam”, — dedim və ayağa qalxıb getdim. Qız: “İstəsən bir az söhbət edək?” — dedi. Oğlan: “Bir az özünə gələrdin,sonra yene gedərdin biz həmişə buralardayıq, nə vaxt istəsən gəl, söhbət edərik”, — dedi. Digəri isə sadəcə gülümsədi.
Rədd edib getdim.
Səhəri gün yenə getdim həmin yerə. İlk dəfə idi ki, kiminləsə söhbət etmək istəyirdim. Onların orada olacağını ümid edirdim. Yox idilər… Məyus halda oturdum. Hər zaman kı, kimi musiqini qoşub gözlərimi yumdum. Bir neçə dəqiqə keçmişdi ki, biri qulaqcığımı çıxardı. Dünən çox pis görünürdüz. İndi yaxşısız ? deye soruşdular. Sağ olun yaxşıyam sadəcə bəzən belə hallar olur dedim. Qiz tanış olmadıq deyə özlərini tanıtdılar.
S: Mən Selin.
T: Mən Turan.
A: Mən isə Aysel. Bəs sən?
“Mənə hamı deli deyir… Adımı unutmuşam”, — dedim. Güldülər. Mən də istəmədən gülümsədim: “Mən Sirayə.” Selin dedi: “Çox gözəl adın var. Sirli, gizli… öz daxili dünyası olan.” Turan güldü: “Hə, çox sirli.” Aysel isə sadəcə dinləyirdi. Beləcə tanış olduq.
Danişırdıq, gülürdük, maraqlı mövzulardan söhbət edirdik. İlk tanış olduğumuz yərdə gəzirdik. Uzun müddət belə davam etdi. Artıq onların hərəsinin necə biri xasiyyətdə olduğunu bilirdim: Turan — dəli-dolu, sərt biri; Selin — tərs və inadkar; Aysel isə sakit və rahat biri idi. Günümün yarısını onlarla keçirirdim. Həyat yoldaşım isə bu dəyişiklikdən şübhələnir, səbəbi soruşurdu. Ona dostlarımdan danışdım. Dedi bir gün bizi də tanış et, bəlkə səni həyatıma qaytaran o insanlar olar.
Bir gün dəqiqləşdirdik, oturacağıq dedilər. Razılaşdıq. Selin dedi ki, “Gəl, ilk tanış olduğumuz parka gəl.” Həyat yoldaşıma dedim. O da işi olsa da gələcəyini dedi. Parka gəldim. Uşaqlar oradaydı, salamlaşdıq. Sonra yoldaşım zəng etdi, üşaqlar onu qarşılamağımı isdədilər qarşıladım və gətirdim. Amma ora çatanda onlardan mesaj aldım mesajda bunun tanışlıq adı ilə bir bəhanə olduğunu məqsədlərinin sadəcə yoldaşımla aramın düzəltmək olduğunu dedilər… Yoldaşım: “Yəqin gəlməyiblər”, — dedi. Amma gəlmişdilər, buradaydılar. Sadəcə getmişdilər. Mən də gülümsədim: Hə, bir işləri çıxıb gəlməyəcəklər. Mən isə özüm sənə demədim, bir az vaxt keçirək,” — dedim. Gülümsədi və “Hə, gözəl olar. Artıq daha da həvəsləndim o dostlarını görmək üçün,” — dedi. “İlk dəfə evliliyimizdən bu yana mənimlə bir yerə çıxmaq və oturmaq istəyirsən,” — deyə əlavə etdi. Və mənə — məni necə sevdiyini — dedi. Söhbətləşdik, sonra evə getdik.
Gecə evə qayıtdanda ilk işim. Uşaqlara yazdım ki, niyə məni tək qoydular? Əslində, “hələ tezdir, bizi görməsin” — dedilər. “Niyə?” — deyə soruşdum. “Biz hələ təzə tanış oluruq,” — “Ama belə baxıram sizində bizdən fərqiniz yoxdur deye uşaqlar güldü” Razılaşdım. Bir gün onlara həyat yoldaşımla aramın yaxşı olduğunu, sadəcə tək problemin onun övlad istəməsi, mənim isə bunu istəməməyim olduğunu, evliliyin isə sadəcə kağız üzərində dayandığını dedim. Onlar isə…
Selin: “Sans ver ... Bəlkə hər şey daha rahat və aydın olar. Bəlkə yeni səhifələr, yeni həyat, yeni dəyişikliklər sənə yaxşı gələr?”
Tunar: “Məncə boşan daha yaxşıdır. İnsan dəyişmir, sadəcə alışır. Amma bəzən alışdıqların belə acı verir. Ölümcül bir evliliklə yalnız özünü yox, həyatına aldığın insanı da yarı yolda qoyacaqsan. Bədbəxt evlilikdənsə, xoşbəxt təklik yaxşıdır.”
Aysel: “Bəlkə övladın olsa, ona sarıldıqca həyat dəyişəcək. Onun qoxusu, gülüşü sənə yeni bir həyat, yeni bir yaşam bəxş edəcək. Ölümcül vəziyyətdə belə ümid ola bilər, hər şeyi mənfi düşünmə.
Tunar: “Bəs vaxtında özünə qəbul etdirə bilmədiyin gerçəklər? Zamanla alışsan da, içində sızlayacaq. Bəli, ölümcül vəziyyətdə belə müsbət şeylər yaşana bilər, ancaq insanın daxilindəki duyğu istər-istəməz çölə yansıyır. O zaman nə olacaq? Problemli bir həyat, sonsuz mübahisələr... Ayrılıq olsa da, olmasa da, o uşaq bu qarışıqlığın içində boğulmayacaqmı?”
Selin: “Məncə o Siyarəni sevir və onu xoşbəxt etmək üçün hər şeyi edər. Hər kəs Siyarədən üz çevirəndə, o onun yanında idi. Məncə, ona bir şans ver, bir övlad — eynən ağacın bar verməsi kimi — hər şeyin dəyişdiyini göstərə bilər.”
Aysel: “Sən bunlara qulaq asma, necə istəyirsənsə elə olsun. Bu həyat sənindir və qərarı sən verməlisən. Çünki biz bir gün burada olmaya bilərik. Onda hər şeyin cavabını özün tapmalı olacaqsan, bizdən gözləmə.”
Susun, — deyib telefonu kənara atım . — Beynimi daha da qarışdırdınız, — dedim. Beynim qarışmışdı.
Aradan vaxt keçdi və yoldaşım “daha dostlarınla tanış et” deyə məni sıxışdırmağa başladı, sanki nəsə bilmək istəyirmiş kimi davranırdı. Bu barədə uşaqlara dedim və razı oldular — bir şam yeməyinə çağırdım süfrəsi hazırladım. Gəldilər. Yoldaşımla tanış etdim. Onlar danışırdı, yoldaşım isə yalnız mənə baxıb meni sevdiyini deyir və gülümsəyirdi. Nə desəm, “hə” deyirdi. Yemək yedik, onların gətirdiyi şirniyyatla çay içdik.
Gözəl vaxd keçdi illər sonra ilk dəfə masa arxasında belə tünlükdə oturmuşdum. Gecə oldu, onlar getdi. Yoldaşıma onların neçə yaxşı dosd olduğunu dedim oda hə dedi ve Yoldaşım məni qucaqlayıb “Səni sevirəm” “Hərşey yaxşı olacaq dedi” — nə yaxşı olacaq deyə düşündüm çünki hər şey yaxşı idi. Məyərsə sadəcə mənə elə gəlirmiş. Necəmi ???
Və… və… bu hekayəni sizə danışmağımın səbəbi budur:
Nə olursa olsun, özünüzü əsla təkliyə məhkum etməyin. Sosiallaşın, ətraf edin.
Beynimin qaranlıq hissəsinə gəlincə… Beyin çox gizli və dərin bir yerdir demişdim. Nə boyda insan olsa da, o 1–1,5 kq-lıq dərinliyə qərq ola bilir. Siz isə olmayın… Beynimdəki qara qutuya gəldikdə, o artıq bağlanıb, üstünə zəncir çəkmişəm və “QADAĞANDIR” yazısı yapışdırılıb.
Bu sözləri sizə psixiatrik xəstəxanadan yazıram. “Necə?” — deyə sual verdiyinizi eşidirəm. Hahaha. Çünki demişdim axı: beyin çox qəliz, çox gizli bir orqandır.
Həkimlər mənə şizofren diaqnozu qoydular. Şizofreniya — insanın düşüncə, hiss və davranışlarını təsir edən psixi xəstəlikdir. Reallığı düzgün qavramaqda çətinlik yaradır, düşüncə və nitq qarışır, emosiyalar dəyişir və gündəlik həyat çətinləşir. Həmçinin, bu xəstəlik zamanı insanın ağlında xəyali dostlar və ya xəyali varlıqlar yaranır — real olmayan, amma danışdığın, hiss etdiyin varlıqlar.
İndi isə sualınızın cavabını verim:
Aylarla danışdığım, dərdləşdiyim “dostlarım” — mənim tənhalıqdan yaratdığım öz xüsusiyyətlərim imiş.
Üç dost? Hə.
Biri — sakit, səssiz yönüm (Aysel).
Biri — tərs, inadkar yönüm (Selin).
Biri — əsəbi, aqressiv yönüm (Tunar).
Yoldaşım bunu hiss edib, sonuncu yemək gecəsində isə onlarla deyib-gülən yalnız mən imişəm; yoldaşım sadəcə bildirməyib və bunu büruzə verməyib. İndi isə dəstək almağım üçün mənə dəstək və köməklik göstərir. Kaş ki, vaxtında bu insanların varlığını dərk etsəydim, yalnız “varsayım” kimi görməsəydim… Bəlkə çox şey fərqli olardı.
Və sən… İçində özünlə dava edirsən, böyük bir mübarizə aparırsan — dəli kimi. Maraqlısı isə bilirsən nədir? O səslər, insan ən çox çökdüyü anda beynində dolaşır və onunla dərdləşir. Yalnızlığın insanda yaratdığı o naməlum varlıqlar… və onların dediyi hər söz, qəribə də olsa, doğrudur. Kimə görə? Nəyə görə?
Dostlarımın necə olduğunu soruşsanız — onlar hələ də mənimlədir. Bəzən gəlirlər, yenə söhbət edirik. Hə birdə sizə də salamları var.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)


