Hərdən söz tapmaq olmur -ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hərdən söz tapmaq olmur.

Bəzən söz bir tapıntı, bəzən də bir itki olur.

 

Tapdığın söz səni azad edir, itirdiyin isə içində qalır ağır bir yük kimi. Söz səni həm dəyərli edər, həm də dəyərdən salar. Söz söyləmək bir seçimdir. İçində çox şey saxlayır. Zaman keçdikcə səni də sözlərin formalaşdırır. Dediklərin qədər tanınırsan, tanındığın qədər söz sahibisən.

Söz yalnız danışmaqla yox, bəzən susmaqla da deyilir. Söz həmişə səslə gəlməz, bəzən sükutun içində də gizlənər. Bəzən söz ən qiymətli duyğuların ifadəsidir, hansı ki, dəyərini özündə saxlayır.

 Bəzən isə basdırılmış arzuların qapısını açan açarı içində gizlədər.

Bəlkə də söz, içimizdə susanların dilə gəlmək üçün tapdığı yoldur.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.