REDAKSİYANIN PÇTUNDAN – Reyhan Kənanın şəhid poeması Featured

 

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub Reyhan Kənan adlı müəllifdəndir. O, “Asif dastanı” adlı poemasını yollayıbdır.

 

ASİF DASTANI

Şəhid baş leytenant Asif Kərimova və bütün şəhidlərə həsr olunur.

       

Bir insan ömründən söz açıram mən,

Elə bir ömür ki, min ömrə dəyər.

Üzünün nuruna boyanar dünya.

Önündə  cahan da qəddini əyər.

Onu uşaq yaşdan tanıdım, bildim.

Yollar tanışlığın görüş yeriydi,

Ən çox anasıyla görürdüm onu,

Əzəldən anaya bağlı biriydi.

 Ağıllı, qayğıkeş, mədəni bir gənc, 

 Üzündən, gözündən sanki nur yağar,

 Elə bil əzəldən yazmışdı Allah,

 Üzünə təbəssüm, alnına vüqar.

 Elə təbəssümü yetər, deyəsən,

Şər olan hər şeyi yerində boğar,

Belə oğulları doğan analar,

Onu özüyçün yox, Vətənçün doğar.

Doğuldu bir kənddə, böyudü orda.

Hisslərin qoymadı düşə kəməndə,

Arzusu özündən böyük olanın,

Xəyalı sığarmı balaca kəndə?!

 Məktəb illərində öyrəndi nələr ?!

Uzatı hamıya mərd əlini də,

Yaddaşa toxundu sanki ilmələr,

 Öyrəndi yurdunun dərdlərini də.

Bilirdi yurdunun başında duman,

Qəlbində öz hissi duyğuları var,

 Görürdü ananın gözləri duman,

Bilirdi  vətənin qayğıları var.

                   ***

Beləcə, böyüydü balaca kənddə,

Kİm bilir qəlbindən nə arzu keçdi?!

Ali təhsil üçün Bakıya gedib,

 İstəyinə uyğun sənət də seçdi.

  Oxudu, işlədi, yuva da qurdu,

Sevindi göyərçin balalaıyla,

Ucaldı ananın dualarıyla,

 Nə qədər sevsə də doğmalarını,

Asif üstün tutdu yenə bu yurdu.

Vətən borcunu  da ödədi gəldi,

 Bir müddət hərbdən də ayrı yaşadı,

Amma ürəyində hərb sevgisini

Hamıdan, hər kəsdən gizli daşıdı.

Ta o günədək  dözdü, dayandı,

 İgidlik, cəsarət qanında yandı,

Düşmən həmləsinə nə qədər oğul,

“ Bizim General”da məğrur dayandı.

Vətən darda idi  hələ də lakin...

Məqamı gəlməkçün vaxt yetməliydi,

Vətəni düşməndən azad etməkçün,

Ali Baş komandan əmr etməliydi.

Düşmənin növbəti hücumu vaxtı ,

General Polad da  ən öndə idi,

 Vətən torpağına can qurban etmək

Elə bil əzəldən könüldə idi.

Bir parça torpağı azad edərək ,

Döyüşən oğullar şəhid oldular.

 Bax elə o zaman düşündü Asif ,

“Mənim generalım “şəhid oldusa,

Əsəblər gərilib, səbr doldusa,

Daha gözləməyin faydası yoxdur!

Qəzəbim düşmənin gözünə oxdur!”

Ali Baş kömandan əmr eyləyəndə.

O da öz yurdun qalası oldu,

  Körpə balaların basıb bağrına,

 O gündən Vətənin balası oldu.

O  gündən  məkanı bu odlu səngər,

Rütbəsi leytenant -igid bir əsgər,

İrəlidə Vətən, arxada Vətən,

Qəlbində yox idi bircə damcı da

 Şübbədən, qorxudan, şərdən  bir əsər.

O qisas alırdı  yağıdan, qisas,

Gözündə qığılcım haləsi vardı,

Bütün döyüş boyu qulaqlarında,

Əsir qadınların naləsi vardı.

Füzuli döyüşü, Sonra Qubadlı,

 O döyüş qələmə necə sığar ki ?!

 Ölümü gözünə alan oğullar,

 Gülləni düşmənə elə sıxar ki....! 

Yollar Şuşayadək gedib çıxanada,

Asif də hamının yanında idi,

 Döyüş yoldaşları, dörd tərəfində,

Şuşa gözlərinin önündə idi ..

Noyabrın üçü  son döyüş günü,

Sinəyə tuşlanan “ox”dan xəbərsiz,

Kaş ki yan keçəydi o güllə ondan,

Kaş döyüş bitəydi, izsiz, xətərsiz.

Amma ki ... Nə deyim yazı beləymiş,

Şuşa azadlığı rahatca deyil,

İgid oğulların qanıyla almış.

Asif lap əzəldən cavan ömrünü

Vətən torpağına ərməğan demiş...

                          ***

O bir qaya hər zərbədən oyulmaz,

İgidliyi yağışlarla yuyulmaz,

Qartalardan bir qıy səsi istərəm,

Öz səsimlə hey qışqırsam duyulmaz.

Onun igidliyi , onun ərliyi ,

Torpağa toxumtək əkildi gəldi,

Vətən bayrağını uca tutanlar,

Elə o bayrağa büküldü  gəldi.

 Asiftək oğullar birmi, ikimi? 

Azadlıq verilmir, alasan gərək,

Kim çəkər bu yurdun ağır yükünü?.

Onunçün ürəkli olasan gərək.

Sevib onu, qoruyarsan yurd olar,

İgid oğul yadı yolda durdurar,

 Oğulları tanıtmağa gərək yox,

Ana qurdun balası da qurd olar.

 Şəhid anasının saçlarında dən,

 Sevincdən, gülüşdən sanki əl çəkər,

Bilsə də dönüş yox ağır səfərdən,

 Yollara  yol salar, gözü yol çəkər..

Ay ana, bilirəm ürək tab etmir,

Necə inandırım balan ölmədi?

Hər gedən qayıtdı, hər gedən gəldi,

 Sənin şəhid balan yenə gəlmədi.

Onu görmək üçün yollar bəs etməz,

 Oğullar vətənin tabeliyində,

Asifi axtarıb tapasan gərək,

 Vətən göylərinin maviliyində

                                 (22.09.2025)

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.