Könül, “Ədəbiyyat və incəsənət”
“2024 - cü ildə ilk Kəlağayı Festivalını keçirdik. Bu il keçid aldıq " ll Kəlağayı Festivalına. İnşallah, sentyabrın 20- də həmən məkanda olacağıq. Xətai rayonunda “II Kəlağayı Festivalı” keçirəcəyik.” – Bu sözləri portalımıza aşıqlamasında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı söyləyibdir.
Bildiririk ki, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 sentyabr 2025-ci il tarixində Konsititusiya və Suverenlik İli çərçivəsində “II Kəlağayı Festivalı” təşkil olunacaq.
Tədbir Xətai rayonu, Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yerlik amfiteatrda baş tutacaq.
Festival çərçivəsində saat 17:00-dan 18:00-a qədər sərgi ilə tanışlıq olacaq. Saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək, daha sonra möhtəşəm konsert proqramı təqdim ediləcək.
Konsertə dövlət qurumlarının nümayəndələri, KİV təmsilçiləri tamaşaçı qismində, tanınmış müğənnilər, aşıqlar və şairlər içtirakçı qisminsə qatılacaqlar.
Sərgidə Güllü Eldar Tomarlının yaratdığı “Kəlağayı Ev Muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri, muzeyin digər zəngin eksponatları, həmçinin kəlağayı haqqında yazılan kitablar nümayiş olunacaqdır.
Təşkilatçılar bakılıları və şəhərin qonaqlarını bu maraqlı tədbirə dəvət edirlər.
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)