Acılar da xoşbəxtliyə apararmış… Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Yaşadığım acının məni xoşbəxtliyə aparacağını heç düşünməmişdim. Bəzən ağrının şiddəti bütün vücuduna yayılmağa başlayanda, heç gözləmədiyin anda xoşbəxtlik serum kimi damarlarına axıb, bütün ağrını yoxa çıxarır.

 

Xoşbəxtlik ağrıya üstün gəlir və ağrını artıq səni incitməyəcək şəkildə sarıyır. Hər acı mütləq ki, insanın içində bir boşluq yaradır. Bu boşluq bəzən bir şəkildə doldurula bilir, bəzən də bir ömür səninlə birlikdə yaşayır.

Xatırladıqca sızlayar, yalnız hiss etdirər, amma əvvəlki kimi ağrı verməz. Çünki ora xoşbəxtlik toxunmuşdur — insana var olduğunu xatırladan, həyata tutunduran bir hiss. Və səni həyata bağlayan bir səbəbə çevrilir — xoşbəxtlik.

Ağrısız həyat deyilən bir şey yoxdur. Amma xoşbəxtlik, ağrını da mənimsəyə bilməkdir. Çünki əsl güc — acı ilə yaşayıb, yenə də gülümsəyə bilməkdir. Və xoşbəxtlik bəzən sadəcə budur: artıq ağrının səni idarə etmədiyini anladığın o sakit an.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.